Aleksandr Lukaşenko
28 aprel 2022 17:17 (UTC +04:00)

Aleksandr Lukaşenko

Lukaşenkodan özünün də inanmadığı “SSRİ TƏKLİFİ”

Belarus prezidenti Aleksandr Lukaşenkonun keçmiş SSRİ dövlətləri ilə bağlı proqnozları yenidən gündəmə olub.

Belarus lideri Voronej vilayətinin qubernatoru ilə görüşündə keçmiş SSRİ respublikalarının İttifaq dövlətinə qoşulacağını proqnozlaşdırdığını deyib.

“Sizin (Rusiya nəzərdə tutulur – R.S) sayənizdə belə bir əməkdaşlıq var. Heç kimin inciməsin, suveren, müstəqil dövlətlər – Belarus və Rusiya inkişaf etsin deyə, yeni prinsiplər əsasında vahid Birlik Dövləti qurmağa çalışırıq. Əminəm ki, keçmiş Sovet İttifaqının digər respublikaları da belə bir müttəfiqliyə qoşulacaqlar”, deyə o bildirib.

Lukaşenko Rusiya ilə Ukrayna arasında müharibə başlamazdan əvvəl də buna bənzər fikirlər irəli sürürdü. 

2022-ci ilin əvvəlində Lukaşenko Ukrayna və Qazaxıstanın 15 il ərzində İttifaq dövlətinə qoşulacağını açıqlamışdı. Sanki Kremlin açıq demək istəmədiyini Lukaşenko “ərkyana” mesaj şəklində ortaya qoyurdu.

Diqqət edək:

“Məncə, Türkmənistan, Özbəkistan və Tacikistan iqtisadi zərurətdən İttifaqa qoşulacaq. Ermənistanın isə gedəcək yeri yoxdur”.

Belarus prezidentinin bu açıqlamasından sonra Ermənistan bunu bəyanat kimi qəbul edərək, bu ölkənin səfirini Xarici İşlər Nazirliyinə çağırmışdı. 

Özbəkistan isə Lukaşenkoya “özünün çətin daxili və xarici problemləri” ilə məşğul olmasını tövsiyə etmişdi.

Artıq bu gün regionda baş verənlə onu deməyə imkan verir ki, Lukaşenkonun bu kimi mesajları “yuxunu suya danışmasıdır” - bunun çin olacağına heç özü də inanmır. Ona görə ki, döyüş meydanında, eləcə də diplomatik cəbhədə “ağsaqqal” hesab etdiyi mərkəzin heç də yaxşı durumda olmadığını aydın görür.

# 5739
avatar

Rəşad Sarıyev

Oxşar yazılar