İlham Əliyev Trampa 907 saylı düzəlişin  icrasının dayandırılmasına görə təşəkkür etdi
09 avqust 2025 00:33 (UTC +04:00)

İlham Əliyev Trampa 907 saylı düzəlişin icrasının dayandırılmasına görə təşəkkür etdi

Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Prezidentinin vasitəçiliyi ilə Ermənistan Baş naziri Nikol Paşinyanla keçirilən üçtərəfli görüşdə bildirib ki, “Azadlığı Müdafiə Aktı”na 907 saylı düzəlişin icrasının dayandırılması Azərbaycan üçün mühüm hadisədir.

Lent.az-ın məlumatına görə, Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan müstəqillik qazandıqdan bir il sonra ölkəyə qarşı bu məhdudiyyətlər tətbiq olunub:

“33 il sonra bu qadağalar aradan qaldırıldı. Biz bu tarixi günü yaddaşımızda həkk edəcəyik. Bu, Prezident Donald Trampa Azərbaycan xalqı adından dərin minnətdarlığımızı və fəxrimizi ifadə edir.”

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 430

Oxşar yazılar