İcra başçısı təyin olunan DTX generalı kimdir? - DOSYE
25 iyul 2022 16:42 (UTC +04:00)

İcra başçısı təyin olunan DTX generalı kimdir? - DOSYE

Bu gün Prezident İlham Əliyevin imzaladığı sərəncamla Masallı rayonuna yeni icra başçısı təyin olunub. 

Lent.az xəbər verir ki, Masallıya yeni təyin olunan icra başçısı Araz Süleyman oğlu Əhmədov Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşı olub.

Prezident İlham Əliyev ona 2019-cu ildə general-mayor rütbəsi verib.  

Qeyd edək ki, Araz Süleyman oğlu Əhmədov 1963-cü ildə Naxçıvan MR-in Ordubad rayonunun Biləv kəndində anadan olub. O, uşaq yaşlarında hər iki valideynlərini itirib və internat məktəbində təhsil alıb. Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutunu bitirib.

General-mayor Araz Əhmədov Qarabağ müharibəsi veteranıdır.


 

# 12855
avatar

Aytəkin Cəlali

Oxşar yazılar