"Heç kəs bizimlə təhdid dilində danışa bilməz" - Zakir Həsənov
01 aprel 2023 11:56 (UTC +04:00)

"Heç kəs bizimlə təhdid dilində danışa bilməz" - Zakir Həsənov

Aprelin 1-də müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib.

Müdafiə Nazirliyindən Lent.az-a verilən məlumata görə, nazir Azərbaycan Ordusunun uğurlu əməliyyatlarını həzm edə bilməyənlər tərəfindən səsləndirilən fikirləri şərh edib. O, heç kəsin bizimlə təhdid dilində danışa bilməyəcəyini vurğulayaraq terrorizmi və işğalçılıq siyasətini dəstəkləyən bəzi ölkələrin hərbiçilərinin şər-böhtan xarakterli ittihamlarının qəbuledilməz və cəfəngiyyat olduğunu bildirib.

Azərbaycan-Ermənistan şərti dövlət sərhədində və Qarabağ iqtisadi rayonunda mövcud əməliyyat şəraitini təhlil edən müdafiə naziri ehtimal olunan təxribatların qarşısının bundan sonra da qətiyyətlə alınması barədə müvafiq göstərişlər verib.

Müdafiə naziri qeyd edib ki, qarşı tərəfin, o cümlədən qeyri-qanuni erməni silahlı birləşmələrinin bütün qanunsuz fəaliyyətləri bundan sonra da fasiləsiz nəzarətdə saxlanılmalı və Azərbaycan ərazilərində gələcəkdə bu kimi addımların atılmasına imkan verilməməlidir.

# 1419
avatar

Oxşar yazılar

İsa Həbibbəylidən Siyavuş Novruzova SƏRT CAVAB

İsa Həbibbəylidən Siyavuş Novruzova SƏRT CAVAB

31 may 2023 , 13:25
İsrail prezidenti dahi Nizamidən sitat gətirdi: Çətinlik anında...

İsrail prezidenti dahi Nizamidən sitat gətirdi: Çətinlik anında...

30 may 2023 , 20:34
Niyə qaraçıların  öz ölkəsi   yoxdur?

Niyə qaraçıların öz ölkəsi yoxdur?

30 may 2023 , 20:15
Liderlərin “böyük görüşü”  olacaq

Liderlərin “böyük görüşü” olacaq

30 may 2023 , 17:30
İsrail Prezidenti Azərbaycana gəldi

İsrail Prezidenti Azərbaycana gəldi

30 may 2023 , 10:25
Ermənilər mövqelərimizi 19 dəfə atəşə tutub

Ermənilər mövqelərimizi 19 dəfə atəşə tutub

30 may 2023 , 10:08
Ərdoğanın andiçmə mərasimi nə vaxt keçiriləcək?

Ərdoğanın andiçmə mərasimi nə vaxt keçiriləcək?

30 may 2023 , 09:43
İsrail Prezidenti Azərbaycana gəlir

İsrail Prezidenti Azərbaycana gəlir

30 may 2023 , 07:50