Ceyhun Bayramov, xarici işlər naziri
21 iyun 2021 13:32 (UTC +04:00)

Ceyhun Bayramov, xarici işlər naziri

Ermənistanın düzgün nəticə çıxaracağına inanırıq - Nazir

“Dünən Ermənistanda növbədənkənar parlament seçkiləri keçirilib, hökumətin formalaşması gözlənilir. İnanırıq ki, Ermənistan hakimiyyəti böhranın səbəbini təhlil edərək düzgün nəticə çıxaracaq”.

APA-nın xəbərinə görə, bunu bu gün Azərbaycanda səfərdə olan Qazaxıstan Respublikası Baş nazirinin müavini, xarici işlər naziri Muxtar Tleuberdi ilə görüşdən sonra keçirilən brifinqdə xarici işlər naziri Ceyhun Bayramov deyib.

Nazir bildirib ki, bir çoxları böhrana səbəb kimi müharibədəki məğlubiyyəti göstərir: “Dərin böhrana Ermənistanın on illiklər ərzində beynəlxalq hüququ pozaraq dövlətlərin tanınmış sərhədlərini güc yolu dəyişdirməsi, təcavüz siyasətini həyata keçirməsi səbəb olub”.

XİN başçısı qeyd edib ki, Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanaraq, sərhədlərin, ərazi bütövlüyünün pozulmaması əsasında münasibətlərin bərpasına tərəfdardır.

“Ermənistanın bu sahədəki qərarı öz seçimidir”, - deyə nazir vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2751

Oxşar yazılar

Almaniya prezidenti Azərbaycana gəldi

Almaniya prezidenti Azərbaycana gəldi

1 aprel 2025 , 21:31
Azərbaycanda  maliyyə hesabatı   təqdim edən partiyaların SİYAHISI

Azərbaycanda maliyyə hesabatı təqdim edən partiyaların SİYAHISI

1 aprel 2025 , 19:49
Tramp Putini  diz çökdürə   bilər -  İDDİA

Tramp Putini diz çökdürə bilər - İDDİA

1 aprel 2025 , 19:46
Baş prokuror Vyetnamda

Baş prokuror Vyetnamda

1 aprel 2025 , 15:05
Almaniya Azərbaycandan üzr istədi

Almaniya Azərbaycandan üzr istədi

1 aprel 2025 , 08:29
Ralf Horlemann

Almaniya səfirinə SƏRT XƏBƏRDARLIQ: "Üzrxahlıq edilməlidir!"

31 mart 2025 , 19:34
Ermənistan silahlı təxribatlarını belə gizlədir

Ermənistan silahlı təxribatlarını belə gizlədir

31 mart 2025 , 18:25
Ermənistandan növbəti TƏXRİBAT:  Dron qaldırdı, atəş açdı...

Ermənistandan növbəti TƏXRİBAT: Dron qaldırdı, atəş açdı...

31 mart 2025 , 10:18