Ermənilərin və alman şirkətlərinin terroru: Cərimə və cəza mexanizmləri tətbiqinin vaxtıdır
06 iyul 2021 17:43 (UTC +04:00)

Ermənilərin və alman şirkətlərinin terroru: Cərimə və cəza mexanizmləri tətbiqinin vaxtıdır

Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi ekoloji terrorda xarici şirkətlərin roluyla bağlı onlarla fakt var. Bu ölkə tərəfindən ciddi çirklənməyə məruz qalmış çaylardan biri də Azərbaycanın Zəngilan rayonunun ərazisindən keçən 83 kilometrlik uzunluğa malik olan Oxçuçaydır. Həmin çayın 47 kilometrlik hissəsi məhz Ermənistan ərazisindən keçir ki, bu da çayın çirklənməyə məruz qaldığı əsas yerdir. Burada fəaliyyət göstərən Zəngəzur mis-molibden zavodu çayın çirklənməsinin əsas səbəbkarıdır.

Bir zamanlar əkinçilik məqsədləri üçün istifadə olunan və nadir balıq növlərinin olduğu bu çay indi yüksək səviyyədə çirklənməyə görə canlı aləmi məhv edir. Çayın suyu həddindən artıq zəhərli olduğuna görə burada heç bir canlı yaşamır və bu səbəbdən “ölü çay” adlanır. Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən aparılan monitorinqlər göstərir ki, Oxçuçayın çirklənməsi digər transsərhəd çaylara nisbətən daha yüksəkdir. Çayda ilin ilk üç ayı ərzində aparılan monitorinqin nəticələrinə görə, nikelin miqdarı 7, kadmiumun 5, dəmirin 4, mis-molibdenin isə 2 dəfə normadan artıq olub. Çay hövzəsində bioresursların, xüsusilə qiymətli növ olan farel balıqlarının kütləvi surətdə məhv olması aşkarlanıb. Oxçuçayın suyundan suvarmada da istifadə edildiyi Zəngilan rayonu ərazisində torpaqlar zəhərlənib. Onun suyu ilə yetişdirilən məhsul əhalinin sağlamlığı üçün təhlükəlidir. Oxçuçayın zəhərli suları gələcəkdə Xudafərin su anbarına tökülə bilər. 

Bu prosesdə isə Almaniyanın CRONIMET Holding GmbH şirkəti yaxından iştirak edib. Şirkət çay o qədər çirkləndirilib ki, burada ağır metallar normadan artıq səviyyəyə çatıb.  Azərbaycan hökuməti Almaniya hökumətinə, Bundestaqa və “Yaşıllar” partiyasına müraciət edərək alman şirkətinin “Prussiyanın Afrika icması” müstəmləkə dövrünə xas olan, Azərbaycan, İran və erməni xalqlarının gələcəyini, sağlamlığını təhlükə altına qoyan soyğunçuluq əməllərinə dərhal reaksiya verməyi xahiş edib. Deyilənə görə,  “Cronimet Holding”in rəhbəri etnik erməni Hunter Pilarskidir. O, Zəngəzur mis-molibden kombinatının və Yerevan təmiz dəmir zavodunun səhmlərinin bir hissəsinin sahibidir. Şirkət illərdi ki, Ermənistan bazarında fəaliyyət göstərir. Bütün bunlar onu göstərir ki, “Cronimet” şirkəti Azərbaycan ekologiyasına qarşı terrorda iştirak edir. 2018-ci ildə illik dövriyyəsi 2,8 milyard dollar təşkil edib. Şirkət 1996-cı ildən Ermənistanda dağ-mədən sektorunda fəaliyyət göstərir. 

2004-cü ildə Zəngəzur kombinatı özəlləşəndə “Cronimet” müəssisənin səhmlərinin 60 faizinə yiyələnib. Hunter adı Ermənistan tərəfindən satın alınan erməni lobbiçiləri siyahısında da var. Bu barədə “The USA Tribune” jurnalında yazı dərc edilib. “Cronimet”in adı Ermənistanın rəhbərləri ilə müxtəlif qalmaqallarda hallanır. Şirkətin gizli sahiblərindən biri də Ermənistanın keçmiş prezidenti Serj Sarqsyanın kürəkəni, ölkəsinin Vatikandakı keçmiş səfiri Mikael Minasyandır. Serj Sarqsyan Hunterlərin yardımı ilə Qarabağı talan edərək milyardlara sahib olub. Başqa sözlə, Almaniyanın bu şirkəti Serj Sarqsyanın qanunsuz varlanmasına dəstək olub, onun törətdiyi cinayət əməllərində iştirak edib. Yeri gəlmişkən, Hunter Pilarski Ermənistanın Baden-Vürttemberq konsulluq regionu üzrə fəxri konsuludur. Şirkətin adı Ermənistan üçün çalışan alman lobbiçilərinin siyahısında yer alır. 

Bu arada Almaniyanın “TRT Deutsch” xəbər portalında “Azərbaycan erməni şirkətlərinin ətraf mühiti çirkləndirməsini tənqid edir” adlı məqalə dərc olunub. Məqalədə Ermənistan şirkətlərinin sənaye tullantılarının Oxçuçaya axıdılması nəticəsində ətraf mühitə dəyən ziyan və erməni şirkətlərinin ekoloji faciəyə görə məsuliyyət daşıdığı qeyd olunub. Məqalədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun bu mövzuda fikirlərinə geniş yer verilib və bildirilib ki, kənd təsərrüfatı sahələrinin suvarılmasında böyük əhəmiyyət daşıyan Araz çayının bir qolu olan Oxçuçayın dağ-mədən sənayesinin tullantıları ilə çirkləndirilməsi fəlakət həddinə çatıb. Nazir qeyd edib ki, hazırda həmin ərazidəki vəziyyəti ekoloji fəlakət kimi dəyərləndirmək lazımdır və Oxçuçayın Araz çayına tökülməsini nəzərə alaraq, bu vəziyyət təkcə Azərbaycan üçün deyil, eyni zamanda, İran üçün böyük problemə çevrilib: “Ermənistan hökuməti anlamalıdır ki, o, yaxasını məsuliyyətdən kənara çəkə bilməz”.

Məqalədə bildirilir ki, regiondakı ekoloji problemin yaranmasında Almaniya şirkətləri də iştirak edir. Almaniyanın Karlsruhe şəhərində yerləşən “Cronimet“ şirkətlər qrupunun Ermənistanın ən böyük vergi ödəyicisi olan Zəngəzur mis-molibden kombinatının 60 faizlə əsas payçısı kimi məsuliyyətindən də söz açılıb. Tənqid hədəfləri arasında “Chaarat Kapan CJSC” adını daşıyan Qafan dağ-mədən və emal zavodunun da adı hallanır. Məqalədə Azərbaycan ekspertlərinə istinadla bildirilir ki, Oxçuçaydan götürülmüş su nümunələrində nikel yeddi, dəmir dörd və mis-molibden birləşməsi iki dəfə normadan çoxdur. 

Əslində, Ermənilərin və ya hansısa şirkətlərin çayları, suları çirkləndirməsi ilə bağlı həmin konvensiyalar vasitəsi ilə beynəlxalq təşkilatlara davamlı müraciət etmək lazımdır. Bundan başqa hökumətlərarası konvensiyalar vasitəsi ilə Ermənistana cərimə və cəza mexanizmləri tətbiq etmək vaxtıdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3027

Oxşar yazılar