Ermənilər Laçındakı evlərdə  tələ-minalar   quraşdırıblar
03 oktyabr 2022 18:18 (UTC +04:00)

Ermənilər Laçındakı evlərdə tələ-minalar quraşdırıblar

Azərbaycanın Minatəmizləmə Agentliyinin (ANAMA) Təmizləmə Qrupları tərəfindən Laçın rayonunda minatəmizləmə əməliyyatları davam edir.

ANAMA-dan Lent.az-a verilən məlumata görə, Laçın rayonunun Zabux və Sus kəndlərində evlərin təmizlənməsi əməliyyatları zamanı düşmən tərəfindən quraşdırılan tələ-minalara rast gəlinib.

Evlərin və həyətyanı sahələrin girişinə quraşdırılan tələ məftili ilə işə düşən, eləcə də PMN-G Ermənistan istehsalı olan minaların altına əl qumbarası yerləşdirilməsi faktları aşkar olunub.

“Yüksək partlayışın baş verməsi məqsədilə partlayıcı qurğuları birləşdirməklə faciənin miqyasını böyütmək düşmənin insanlıq əleyhinə düşünülmüş xəyanətkar xislətidir. Bu kimi faktlar Ermənistanın regionda sülhə və təhlükəsizliyə, ətraf mühitə qarşı məkrli niyyətinin davam etdirdiyinin göstəricisidir.

Tələ minaların, ölüm ehtimalını artıran mina-sürprizlərin quraşdırılması Ermənistanın dövlət səviyyəsində mina terroru həyata keçirdiyini bir daha sübut edir”, - deyə məlumatda bildirilir.

# 1659
avatar

Oxşar yazılar

Saakaşvilidə  10 xəstəlik   aşkarlandı və…

Saakaşvilidə 10 xəstəlik aşkarlandı və…

1 dekabr 2022 , 12:39
Ermənistanın sentyabr döyüşlərində  233 hərbçisi məhv edilib   – SON STATİSTİKA

Ermənistanın sentyabr döyüşlərində 233 hərbçisi məhv edilib – SON STATİSTİKA

30 noyabr 2022 , 22:38
Ermənilər Kəlbəcəri  atəşə tutdu

Ermənilər Kəlbəcəri atəşə tutdu

30 noyabr 2022 , 20:35
Ermənilər Şuşa və Ağdamı atəşə tutdu

Ermənilər Şuşa və Ağdamı atəşə tutdu

30 noyabr 2022 , 17:07
İki nəfərə “Əməkdar jurnalist” fəxri adı verildi - SƏRƏNCAM

İki nəfərə “Əməkdar jurnalist” fəxri adı verildi - SƏRƏNCAM

30 noyabr 2022 , 16:45
Prezident Vüqar Rəhimzadəyə orden verdi

Prezident Vüqar Rəhimzadəyə orden verdi

30 noyabr 2022 , 16:41
Kəlbəcər, Laçın və Ağdam atəşə tutuldu

Kəlbəcər, Laçın və Ağdam atəşə tutuldu

30 noyabr 2022 , 09:07
Ermənilər səhərə qədər 6 rayonumuzu atəşə tutub

Ermənilər səhərə qədər 6 rayonumuzu atəşə tutub

29 noyabr 2022 , 10:56