Şahbulaqdakı qala
18 dekabr 2020 19:23 (UTC +04:00)

Şahbulaqdakı qala

Düşmən Şahbulaqdakı qalanı dağıdıb, muzeyi talan edib-FOTO

Ermənilər Ağdamı tərk edərkən Şahbulaqda yerləşən muzeyi də dağıdıblar.

APA-nın bölgəyə ezam olunmuş əməkdaşı xəbər verir ki, Şahbulaq ərazisində Pənahəli xanın 1750-ci illərdə tikdirdiyi qalanın qalıqları üzərində ermənilər yeni qala inşa edərək tarixiliyinə xələl gətirib, qalanın içində qondarma "Tiqranakert" adlı muzey yaradıblar.

Şahbulaq ərazisində aparılan arxeoloji qazıntıların nəticələri həmin muzeydə yerləşdirilib. Ermənilər Ağdamı təhvil verərkən muzeyin eksponatlarını da özləri ilə apararaq talan ediblər.

Muzeyin inventarı dağıdılıb binaya zərər vurulub.

Muzeydə XI-XII əsrlərə və daha qədim dövrlərə aid eksponatlar olub. Bunu muzeyin ərazisində qalan kiçik kağız lövhələrdən də görmək olur.

Qeyd edək ki, ermənilərin "Tiqranakert" adlandırdığı yer Şahbulaq ərazisindəki qədim şəhər qalıqlarıdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2361
avatar

Oxşar yazılar