Müdafiə Nazirliyinin binası
25 dekabr 2020 15:34 (UTC +04:00)

Müdafiə Nazirliyinin binası

“Bu əsgər və çavuşlara əlavə 360 manat aylıq müavinət verilir” - MN

Zabit və gizirlərin pul təminatı xidmət etdikləri hərbi hissə üçün müəyyən edilmiş artım əmsalları tətbiq edilməklə təyin olunduğu vəzifələrə uyğun olan vəzifə maaşları, hərbi rütbələrinə görə maaşlar və digər əlavələrdən ibarətdir.

Lent.az xəbər verir ki, bu haqda Müdafiə Nazirliyinin yaydığı açıqlamada deyilir. 

Qeyd edilir ki, əsgər və çavuşlara eyni qaydada təyin olunmuş vəzifə maaşlarına əlavə olaraq 360 manat məbləğində aylıq müavinət verilir. 

Xatırladaq ki, hərbi qulluqçular onların yaş həddi nəzərə alınmaqla, mərhələli şəkildə və tərxisetmə dövrlərinə uyğun olaraq tərxis olunacaq. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 21456
avatar

Oxşar yazılar