Bayden  Ukraynaya gələcək   - Konqresin nümayəndəsi
02 may 2022 16:51 (UTC +04:00)

Bayden Ukraynaya gələcək - Konqresin nümayəndəsi

ABŞ prezidenti Co Baydenin Ukraynaya səfəri planlaşdırılır, lakin bu, nə zaman mümkün olsa, onda baş tutacaq.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, bu barədə ABŞ Konqresinin Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsinin rəhbəri Adam Şiff bildirib.

Mayın 1-də Kiyevdə ABŞ Konqresinin üzvlərindən ibarət nümayəndə heyətinin prezident Vladimir Zelenski ilə görüşündən danışan Şiff Baydenin Ukraynaya səfəri barədə anons verib.

"Düşünürəm ki, prezidentin səfəri nəzərdən keçirilir, yeganə sual bunun nə qədər tez mümkün olacağıdır", - Şiff deyib.

Onun sözlərinə görə, “bu, sadəcə, vaxt məsələsidir”.

# 2316
avatar

Oxşar yazılar