“Azərbaycanın nəqliyyat vasitələri Ermənistandan keçəcək” - Paşinyan
07 sentyabr 2022 13:52 (UTC +04:00)

“Azərbaycanın nəqliyyat vasitələri Ermənistandan keçəcək” - Paşinyan

Regionda kommunikasiyaların açılması Cənubi Qafqazın iqtisadi inkişafı üçün yeni imkanlar yaradacaq.

Lent.az APA-ya istinadla xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan Vladivostokda keçirilən VII Şərq İqtisadi Forumunun plenar iclasında bildirib.

Onun sözlərinə görə, Ermənistan Azərbaycan ərazisindən, Azərbaycan isə Ermənistan ərazisindən keçməklə nəqliyyat marşrutları əldə edəcək və bu, beynəlxalq ticarət yolları üçün yeni imkanlar deməkdir.

"Bu qlobal layihənin həyata keçirilməsi region dövlətləri, eləcə də İran, Türkiyə, Rusiya və Uzaq Şərq ölkələri üçün çox vacibdir", - Paşinyan vurğulayıb.

# 2937
avatar

Oxşar yazılar