Azərbaycan  5 erməni hərbçisini   ölkəsinə verdi
08 sentyabr 2022 22:10 (UTC +04:00)

Azərbaycan 5 erməni hərbçisini ölkəsinə verdi

Azərbaycan 5 erməni hərbçisini qarşı tərəfə təhvil verib.

Lent.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından bildirilib.

Məlumatda qeyd olunub ki, Azərbaycan Respublikası humanizm prinsiplərini rəhbər tutaraq, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə 31 avqust 2022-ci il tarixdə Brüsseldə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən görüşdə aparılmış müzakirələrin nəticəsində əldə edilmiş ikitərəfli razılaşmaya əsasən, sentyabrın 8-də aşağıda adları qeyd olunan 5 nəfər Ermənistan hərbçisini azad etmiş və Azərbaycan-Ermənistan dövlət sərhədində qarşı tərəfə təhvil vermişdir:

- Aqramanyan Martin Muşeqoviç - 23.05.1997-ci il təvəllüdlü, Ermənistan Respublikasının vətəndaşı;

- Gevorkyan Aşot Artakoviç - 30.06.1997-ci il təvəllüdlü, Ermənistan Respublikasının vətəndaşı;

- Qriqoryan Feliks Arşakoviç - 23.12.1996-cı il təvəllüdlü, Ermənistan Respublikasının vətəndaşı;

- Manukyan Varazdat Amuşavan - 07.07.1990-cı il təvəllüdlü, Ermənistan Respublikasının vətəndaşı;

- Hovsepyan Edik Tiqrani - 02.08.1999-cu il təvəllüdlü, Ermənistan Respublikasının vətəndaşı.

# 1842
avatar

Oxşar yazılar

Saakaşvilidə  10 xəstəlik   aşkarlandı və…

Saakaşvilidə 10 xəstəlik aşkarlandı və…

1 dekabr 2022 , 12:39
Ermənistanın sentyabr döyüşlərində  233 hərbçisi məhv edilib   – SON STATİSTİKA

Ermənistanın sentyabr döyüşlərində 233 hərbçisi məhv edilib – SON STATİSTİKA

30 noyabr 2022 , 22:38
Ermənilər Kəlbəcəri  atəşə tutdu

Ermənilər Kəlbəcəri atəşə tutdu

30 noyabr 2022 , 20:35
Ermənilər Şuşa və Ağdamı atəşə tutdu

Ermənilər Şuşa və Ağdamı atəşə tutdu

30 noyabr 2022 , 17:07
İki nəfərə “Əməkdar jurnalist” fəxri adı verildi - SƏRƏNCAM

İki nəfərə “Əməkdar jurnalist” fəxri adı verildi - SƏRƏNCAM

30 noyabr 2022 , 16:45
Prezident Vüqar Rəhimzadəyə orden verdi

Prezident Vüqar Rəhimzadəyə orden verdi

30 noyabr 2022 , 16:41
Kəlbəcər, Laçın və Ağdam atəşə tutuldu

Kəlbəcər, Laçın və Ağdam atəşə tutuldu

30 noyabr 2022 , 09:07
Ermənilər səhərə qədər 6 rayonumuzu atəşə tutub

Ermənilər səhərə qədər 6 rayonumuzu atəşə tutub

29 noyabr 2022 , 10:56