Azərbaycan 2 ermənini ölkəsinə qaytardı
26 noyabr 2021 10:25 (UTC +04:00)

Azərbaycan 2 ermənini ölkəsinə qaytardı

Azərbaycan Respublikası humanizm prinsiplərini növbəti dəfə əsas tutaraq noyabrın 26-da 2 nəfər erməni əsilli şəxsi Ermənistan tərəfinə təhvil verib.

Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından Lent.az-a verilən məlumata görə, sözügedən şəxslərdən biri noyabrın 16-da Ermənistanın təxribatları nəticəsində dövlət sərhədində baş verən döyüş əməliyyatları zamanı yaralı vəziyyətdə saxlanılan 28 yaşlı Aramyan Arin Jirayeviçdir. Bu müddət ərzində Aramyan Arinə zəruri tibbi yardım göstərilərək müalicəsi təşkil edilib.

Təhvil verilmiş digər şəxs - 21 yaşlı Musaelyan Mihran Ernest Ağdam rayonu istiqamətində Azərbaycan hərbi qulluqçularının xidmət etdiyi əraziyə daxil olarkən saxlanılıb.

Aparılmış ilkin araşdırmalar nəticəsində Musaelyan Mihranın mülki şəxs olduğu və yolu azaraq Azərbaycan hərbi qulluqçularının xidmət apardığı əraziyə daxil olduğu müəyyən edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2907
avatar

Oxşar yazılar