Azad edilmiş ərazilərdə  minaya düşənlər   - STATİSTİKA
19 sentyabr 2023 18:06 (UTC +04:00)

Azad edilmiş ərazilərdə minaya düşənlər - STATİSTİKA

2020-ci il noyabrın 10-u – 2023-cu il sentyabrın 19-u aralığında Azərbaycanın  işğaldan azad edilmiş ərazilərində ümumilikdə 314 nəfər mina terrorunun qurbanı olub.

Lent.az-ın xəbərinə görə, onlardan 61 nəfəri (mülki – 48, hərbçi – 13) həlak olub, 253 nəfər (mülki – 101, hərbçi – 152) isə yaralanıb.

10.11.2020 - 14.12.2021 tarixləri aralığında cəmi 197 nəfər mina terrorundan, o cümlədən əziyyət çəkib. 36 nəfər (mülki – 29, hərbçi – 7), 161 nəfər (mülki – 52, hərbçi – 109).yaralanıb.

15.12.2022 - 04.02.2022 tarixləri aralığında cəmi 7 nəfər mina terrorunun qurbanı olub. Bir mülki şəxs həlak olub, 6 nəfər (mülki – 4, hərbçi – 2) yaralanıb.

Bundan başqa, 05.02.2022 - ­06.04.2022 tarixləri aralığında 6 nəfər (mülki – 5, hərbçi – 1) mina partlayışı nəticəsində yaralanıb. – 6

07.04.2022 - 18.05.2022 tarixləri aralığında 12 nəfər mina terrorunun qurbanı olub. İki mülki şəxs həlak olub, 10 nəfər yaralanıb (mülki – 7, hərbçi – 3).

19.05.2022 - 18.08.2022 tarixləri aralığında 11 nəfər mina terrorundan əziyyət çəkib. Bir hərbçi həlak olub, 10 nəfər yaralanıb (mülki – 8, hərbçi – 2).

19.08.2022 - 23.09.2022 tarixləri aralığında cəmi 22 nəfər mina terrorunun qurbanı olub. İki hərbçi həlak olub, 20 nəfər yaralanıb (mülki – 2, hərbçi – 18).

24.09.2022 - 03.10.2022 tarixləri aralığında ümumilikdə 5 nəfər mina terrorunun qurbanı olub. İki mülki şəxs həlak olub, 3 mülki şəxs yaralanıb.

04.10.2022 - 10.11.2022 tarixləri aralığında ümumilikdə 11 mina terrorundan əziyyət çəkib. Bir mülki şəxs həlak olub, 10 nəfər yaralanıb (mülki – 6, hərbçi – 4).

11.11.2022 - 06.01.2023 tarixləri aralığında ümumilikdə 9 nəfər mina terrorunun qurbanı olub. Bir hərbçi həlak olub, 8 nəfər yaralanıb (mülki – 4, hərbçi – 4).

07.01.2023 - 14.03.2023 tarixləri aralığında 5 nəfər mina terrorunun qurbanı olub. İki nəfər həlak olub (mülki – 1, hərbçi – 1), 3 nəfər yaralanıb (mülki – 1, hərbçi – 2).

15.03.2023 - 12.06.2023 tarixləri aralığında 16 nəfər mina terrorunun qurbanı olub. 7 nəfər həlak olub (mülki – 6, hərbçi – 1), 9 nəfər yaralanıb (mülki – 6, hərbçi – 3).

13.06.2023 - 23.08.2023 tarixlərində 2 nəfər mina partlayışından xəsarət alıb (mülki – 1, hərbiçi – 1).

24.08.2023 - 11.09.2023 tarixlərində 3 nəfər mina partlayışından xəsarət alıb (mülki – 2, hərbçi – 1).

12.09.2023 - 19.09.2023 tarixlərində ümumilikdə 8 nəfər mina terrorunun qurbanı olub. 6 mülki şəxs həlak olub, 2 hərbçi yaralanıb.

Mina və digər partlayıcı qurğulardan təmizlənmiş ərazilər:

970 551.604 kv.m

(97 055.2 ha)

Aşkar edilmiş mina və digər partlayıcıların sayı: Cəmi 94 244 ədəd

Piyadalar əleyhinə minalar: 29,617 ədəd

Tank əleyhinə minalar: 17,048 ədəd

Partlamamış hərbi sursatlar: 47,579 ədəd

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3347

Oxşar yazılar