"Mən heç bir partiyanın və heç bir partiyanın təşkilat komitəsinin üzvü deyiləm”.
Bu sözləri Lent.az-a Azərbaycan Milli Qəhrəman Ailələrinin Sosial Müdafiəsi İctimai Birliyinin sədri Qalibə Budaqova deyib. O, yeni yaradılan “Haqq Ədalət Partiyası”na üzv olduğu barədə yayılan məlumatların həqiqətə uyğun olmadığını bildirib:
"Mən Qalibə Budaqova heç bir partiyanın və heç bir partiyanın təşkilat komitəsinin üzvü deyiləm. Uzun müddətdir ki, xəstəyəm və müalicədə olduğum üçün heç evdən belə çıxa bilmirəm. Xahiş edirəm mənim adımı heç bir partiya ilə hallandırmasınlar. Nə partiya rəhbərliyi, nə də onun üzvləri ilə yaxından uzaqdan əlaqəm yoxdur. Çox güman ki, onların bu addımı şəhid ailələrindən istifadə etmək, onları dövlətə qarşı qaldırmaqdan ibarətdir”.
Qeyd edək ki, Qalibə Budaqova həmçinin Bakı Dövlət Universitetinin keçmiş əməkdaşı, Bakı şəhəri 23 saylı orta məktəbin sabiq direktoru və Azərbaycan Respublikasının Milli Qəhrəmanı, şəhid Tahir Həsənovun anasıdır. Sabiq səhiyyə naziri Əli İnsanov “Haqq Ədalət Partiyası” yaratmaq təşəbbüsünü irəli sürüb və Qalibə Budaqovanın da partiyanın üzvü olduğunu qeyd edib.