6 aprel Brüssel görüşü:  İlham Əliyev regionu sülhə aparır
07 aprel 2022 12:40 (UTC +04:00)

6 aprel Brüssel görüşü: İlham Əliyev regionu sülhə aparır

Əslində, bu formatda ilk üçtərəfli görüş ötən ilin 14 dekabrında keçirilmişdi. O vaxt, Prezident İlham Əliyev və Şarl Mişel tərəfindən Brüssel sülh gündəliyi formalaşdırıldı, davamı olaraq tərəflər arasında intensiv təmaslar aparıldı, telefon danışıqları keçirildi. 

6 aprel görüşü üçtərəfli əsasda 4 saat yarımdan artıq davam etdi. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Cənubi Qafqaz regionunda vəziyyətə dair müzakirələrin davam etdirilməsi və Avropa İttifaqının hər iki ölkə ilə münasibətlərinin inkişafı üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanı qəbul etdi.

Prezident Mişel gərginliklərin aradan qaldırılmasında yaxından çalışmağın, Ermənistan və Azərbaycanla əməkdaşlığın dərinləşdirilməsi və regionda yaşayan bütün xalqların faydası naminə təhlükəsiz, sabit, dinc və firavan Cənubi Qafqazın təşviq edilməsinə Avropa İttifaqının sadiq olduğunu bildirdi.

Liderlər 2021-ci ilin dekabr ayında Brüsseldə keçirilmiş son görüşdən və 2022-ci ilin fevral ayında Prezident Makronun iştirakı ilə videokonfransdan sonra hadisələrin inkişafını və tərəflərin üzərinə götürdüyü öhdəliklərin icrası ilə bağlı irəliləyişi nəzərdən keçirdilər. Onlar bu yaxınlarda baş vermiş gərginlikləri müzakirə etdilər və 2020-ci il 9/10 noyabr tarixli üçtərəfli Bəyanatın müddəalarına tam riayət edilməsinin zərurətini qeyd etdilər. Onlar Ermənistanın və Azərbaycanın yüksək səviyyəli nümayəndələrinin Brüsseldə Avropa İttifaqının himayəsi altında 2022-ci il martın 30-da keçirilmiş görüşünü alqışladılar və liderlər səviyyəsində əldə olunmuş razılıqların müvafiq şəkildə inkişaf etdirilməsi ilə bağlı bu fəaliyyətin davam etdirilməsinin zərurətinə dair razılığa gəldilər.

Prezident Mişel etimadı və dinc birgə yaşayışı təşviq etmək məqsədilə hər iki tərəfdən humanitar jestlərin əhəmiyyətini vurğuladı. O, həll olunmamış bütün humanitar məsələlərin tam və çevik həllinə ehtiyacın olduğunu, o cümlədən hələ də saxlanılmaqda olan şəxslərin azad edilməsi və itkin düşmüş şəxslərlə bağlı məsələnin hərtərəfli həllini vurğuladı və Avropa İttifaqının bu işə dəstək olmağa hazır olduğunu bildirdi. Avropa İttifaqı öz növbəsində Azərbaycan və Ermənistan arasında etimadın qurulması tədbirlərinə və humanitar məqsədli minatəmizləmə səylərinə, o cümlədən ekspert məsləhətini təmin etməyə davam etməklə münaqişədən əziyyət çəkən əhaliyə maliyyə yardımın artırılması, bərpa və yenidənqurma işlərinə dəstək olacaqdır.

Prezident Mişel həm Prezident Əliyev, həm də baş nazir Paşinyan tərəfindən ölkələr arasında sülh sazişinə doğru sürətli irəliləmək arzularının ifadə edilməsini qeyd etdi. Bu məqsədlə bütün zəruri məsələləri əhatə edəcək sülh sazişinin hazırlanması üzərində işləmək üçün xarici işlər nazirlərinə tapşırığın verilməsinə dair razılıq əldə 
Liderlər, həmçinin xüsusilə Ermənistan və Azərbaycan arasında və daha geniş mənada Cənubi Qafqazda kommunikasiya/bağlılıq infrastrukturunun bərpasını da müzakirə etdilər. Prezident Mişel dəmir yollarının bərpası istiqamətində atılmış addımları alqışladı, eyni zamanda, Ermənistanı və Azərbaycanı yol əlaqələrinin bərpası üçün effektiv üsullar tapmağa dəvət etdi. Avropa İttifaqı bağlılıq əlaqələrinin inkişafını dəstəkləməyə, o cümlədən İqtisadi və İnvestisiya Planına uyğun olaraq və ümumi layihələri müəyyən etmək üçün təklif olunmuş iqtisadi məşvərət forumundan da istifadə etməyə hazırdır.

Liderlər görüşlərinin nəticələrinə dair işi davam etdirmək və prosesə sadiq qalmaqla bağlı razılıqlarını bildirdilər.

6 aprel görüşü, Prezident İlham Əliyevin atdığı addımlar artıq beynəlxalq ekspertlər tərəfindən yüksək qiymətləndirilir. Məsələn, ATƏT-in amerikalı sabiq həmsədri Riçard Hoqland qeyd edib ki, Prezident İlham Əliyevin dəqiq liderliyi regionu sülhə və daha yaxşı gələcəyə aparır.

“Münaqişə onilliklərini geridə qoymaq asan iş deyil, amma həm prezident Əliyev, həm də baş nazir Paşinyanın əmin və dəqiq rəhbərliyi hər iki ölkənin təhlükəsiz və daha yaxşı gələcəyinə yön verir. Hər iki ölkənin qarşısında uzun və çətin yol dayanır”, - deyə o bildirib.

Öz növbəsində ABŞ-ın Azərbaycandakı sabiq səfiri Robert Sekuta isə Trend-ə açıqlamasında qeyd edib ki, Azərbaycan və Ermənistan liderlərinin görüşü, xüsusilə də dekabrın 14-də Avropa İttifaqı Şurasının sədri Ş.Mişellə görüşdən sonra vacib və ümidverici addımdır. Avropanın Cənubi Qafqazda sülhün təşviq olunmasında iştirakının güclənməsi ümidvericidir.

“Görüşün yekunları ilə bağlı elan olunanlara gəldikdə, liderlər dekabr görüşü, eləcə də prezident Makronla fevral görüşündən sonra baş vermiş hadisələri, bir müddət əvvəlki gərginliyin və insidentlərin müzakirəsinin, atəşin dayandırılması barədə 2020-ci il noyabr razılaşmanasının müddəalarının əməl olunmasının vacibliyini müzakirə edib. Tərəflərin humanitar məsələlərin həlli ilə bağlı işlərinin vacibliyi, minaların təmizlənməsi üzrə işlər, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinə sülh sazişinin hazırlanması üzərində işləmək tapşırığı, aprelin sonunadək Birgə Sərhəd Komissiyasının çağırılması, bütün bunlar vacib, zəruri, müsbət addımlardır”, - R.Sekuta deyib.

Onu da qeyd edək ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin danışıqların nəticələri barədə mətbuata verdiyi açıqlamadan da məlum olur ki, görüş konstruktiv keçib. Əslində, Nikol Paşinyan Azərbaycanın irəli sürdüyü, regionda sabitlik, təhlükəsizlik və inkişaf üçün vacib olan beş maddəlik təklifi qəbul edib. Bu baxımdan Brüssel görüşü İlham Əliyevin siyasi qələbəsinin növbəti və vacib mərhələsidir. Prezident İlham Əliyevin irəli sürdüyü sülh modeli təkcə Azərbaycan deyil, bütün region dövlətlərinin təhlükəsizliyi və inkişafı üçün açar rolunu oynayır.

# 6870
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar