Türkiyəli nazir: “Sərhədlər Bakı və İrəvan bir-birinin əlini sıxanda açılacaq”
0
0
Lent.az-ın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, Türkiyənin dövlət naziri Egemen Bağış bunu Ermənistan, ABŞ və Türkiyə jurnalistləri ilə görüşündə söyləyib.
1915-ci ildə baş verən hadisələr zamanı həm türklərin, həm də ermənilərin əziyyət çəkdiyini dilə gətirən Egemen Bağış qeyd edib ki, tarixi dəyişmək mümkün deyil. Türkiyə və Ermənistan sərhədlərinin açılması perspektivi barədə sualı cavablandıran nazir deyib ki, Türkiyə-Ermənistan sərhədləri Bakı və İrəvan bir-birinin əlini sıxanda açılacaq.