İspaniya ilə qısa müddətli viza anlaşması əldə edilib
17 iyun 2011 10:39 (UTC +04:00)

İspaniya ilə qısa müddətli viza anlaşması əldə edilib

0
Nazirliyin mətbuat xidmətindən Lent.az-a daxil olan məlumata görə, E.Məmmədyarov dünən İspaniyanın xarici işlər və əməkdaşlıq naziri Trinidad Ximenez ilə görüşüb.

Nazir İspaniyaya ilk rəsmi səfərə dəvətə görə təşəkkürünü bildirib, müxtəlif sahələrdə ikitərəfli əməkdaşlıq üçün geniş potensialın olduğunu qeyd edib. T. Ximenez İspaniya şirkətlərinin enerji, eləcə də digər sahələrdə əməkdaşlıq etməyə hazır olduğunu bildirib. Tərəflər iki dövlət arasında müqavilə-hüquq bazasının gücləndirilməsi, yaxın zamanlarda Azərbaycanda hər iki ölkənin şirkətlərinin iştirakı ilə biznes forumun keçirilməsi barədə razılığa gəlib. Daha sonra E. Məmmədyarov həmkarına Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişənin həlli ilə bağlı aparılan danışıqlar barədə ətraflı məlumat verib. Görüş zamanı son zamanlar Şimali Afrika və Yaxın Şərqdə baş verən proseslər barədə fikir mübadiləsi aparılıb.

Görüşün sonunda E. Məmmədyarov ispaniyalı həmkarını ilə Azərbaycana rəsmi səfərə dəvət edib. T.Ximenez dəvəti qəbul etdiyini və bu ilin sonunadək səfər edəcəyini vəd edib.

Görüşdən sonra “Azərbaycan Respublikası ilə İspaniya Krallığı arasında diplomatik pasportlara malik olan şəxslərin qısa müddətli vizadan azad edilməsi” haqqında saziş imzalanıb.

Dünən həmçinin E. Məmmədyarov səfər çərçivəsində İspaniya deputatlar konqresinin xarici əlaqələr üzrə komissiyasının prezidenti Duran Ye Lleida və komissiyanın üzvləri ilə görüşüb. İspaniya ilə ikitərəfli münasibətlərə toxunan nazir, bu ölkə ilə əməkdaşlığın geniş potensialı olduğunu diqqətə çatdırıb.

Görüşdə iştirak edən deputatlardan bir neçəsi NATO Parlament Assambleyasının üzvləri qismində Azərbaycanda səfərdə olduqlarını qeyd ediblər. İştirakçılar Azərbaycanla yalnız enerji deyil, digər sahələr üzrə də əməkdaşlıq etməyə maraqlı olduqlarını ifadə ediblər.

Daha sonra nazir deputatları maraqlandıran sualları cavablandırıb, onlara Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan son danışıqlar barədə geniş məlumat verib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 707

Oxşar yazılar