Hərbi qanunvericilik aktlarının monitorinqi aparılacaq
18 aprel 2011 16:00 (UTC +04:00)

Hərbi qanunvericilik aktlarının monitorinqi aparılacaq

Lent.az-ın məlumatına görə, bu barədə Milli Məclisin vitse-spikeri, Təhlükəsizlik və müdafiə komitəsinin sədri Ziyafət Əsgərov bildirib. Z.Əsgərov qeyd edib ki, İşçi Qrupu hərbi qanunvericilik aktlarının monitorinqini aparacaq. Onun sözlərinə görə, monitorinqin nəticələrinə əsasən, müvafiq qanunvericiliklərə yenidən baxılacaq.


“Ola bilsin ki, hərbi məsələlərlə bağlı bəzi qanunları yenidən işləyək” - deyə Z.Əsgərov əlavə edib.

Z.Əsgərov həmçinin bildirib ki, hazırda ali məktəblərdə oxuyan, magistraturaya daxil olmaq istəyən tələbələrə möhlətin verilməsinin mümkünlüyü ilə bağlı müvafiq qurumlar müzakirələr aparır. Hazırda Azərbaycanda magistraturaya daxil olan bakalavrlar hərbi xidməti keçdikdən sonra bu mərhələdə təhsillərini davam etdirirlər. Vitse-spikerin sözlərinə görə, bu məsələ diqqət mərkəzindədir və yaxın zamanlarda həmin tələbələrə möhlətin verilməsi ilə bağlı müvafiq qanun qəbul edilməsi gözlənilir.


Qeyd edək ki, “Hərbi xidmətə çağırışın əsasları haqqında” qanun 1992-ci ildə qəbul edilib.


Mübariz Aslanov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 608

Oxşar yazılar