İctimai Palata növbəti mitinqin vaxtını açıqladı
04 aprel 2011 12:04 (UTC +04:00)

İctimai Palata növbəti mitinqin vaxtını açıqladı

APA-nın xəbərinə görə, KŞ üzvü, KXCP təmsilçisi Ədalət Yusifov bildirib ki, şuranın aprelin 2-3-də toplantısı keçirilib. Orada qərara alınıb ki, İP-in növbəti sessiyası aprelin 9-da keçirilsin. Sessiyada İP-in növbəti mitinqinin aprelin 16-da keçirilməsi məqsədəuyğun sayılıb.

Qeyd olunub ki, bununla bağlı qəbul olunan qərar təsdiqlənmək üçün aprelin 9-da İP-in sessiyasında müzakirəyə çıxarılacaq.

Tədbirdə aprelin 2-də keçirilən aksiya və ondan əvvəl saxlanılan şəxslərin Hüquqlarını Müdafiə Komitəsinin yaradılması qərara alınıb. Komitəyə Vidadi Mirkamalın rəhbərlik edəcəyi bildirilib.

Mətbuat konfransında çıxış edən Müsavat başqanı İsa Qəmbər, AXCP sədri Əli Kərimli aprelin 2-də keçirilən aksiyanın baş tutmuş olduğunu bildiriblər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 570

Oxşar yazılar