Kəlbəcərlilər BMT-yə müraciət etdi
Kəlbəcər rayonundan olan bir qrup məcburi köçkün Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına müraciət ünvanlayıb.
Lent.az-ın məlumatına görə, 1993-cü ilin aprelində Ermənistanın işğalçılıq siyasəti nəticəsində ata-baba torpaqları olan Kəlbəcərdən köçkün düşdüklərini xatırladan müraciət müəllifləri rayonun 73 min əhalisinin məcburi köçkün kimi Azərbaycanın ayrı-ayrı bölgələrində məskunlaşdığını qeyd ediblər.
“Düz, 18 ildir ki, doğma yurdumuza həsrətik. 1993-cü ildə BMT Təhlükəsizlik Şurası Azərbaycan torpaqlarının qeyd-şərtsiz boşaldılması ilə bağlı 4 qətnamə qəbul etsə də, indiyədək bu qətnamələr kağız üzərində qalıb. Halbuki BMT Təhlükəsizlik Şurasının Liviya ilə bağlı qəbul etdiyi haqlı qətnamənin mürəkkəbi qurumamış hərbi əməliyyatlara başlanıldı. Hesab edirik ki, kainatın övladları kimi bizim də Yer üzərində yaşamaq hüququmuz var” - deyə, müraciətdə bildirilir.
Kəlbəcərlilər BMT-dən Ermənistan tərəfindən pozulmuş insan hüquqlarının bərpasına yardımçı olmaq xahiş edilir. Sənəddə deyilir ki, Ermənistanın işğalçılığı siyasəti nəticəsində Kəlbəcərin 73 minlik əhalisinin bütün hüquqları pozulub: “Bu yaxınlarda Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Faktaraşdırıcı Missiyası Kəlbəcərdə süni şəkildə ermənilərin məskunlaşdırıldıqları barədə məlumat yayıblar. Bildiririk ki, Kəlbəcər işğal olunana qədər burada bir nəfər erməni yaşamayıb. Ona görə də, bu haqsızlığa son qoymağınızı xahiş edirik”.
Sənəddə bəşəri dəyərləri hər şeydən üstün tutan nüfuzlu qurum olaraq, BMT Təhlükəsizlik Şurasından bir daha xahiş edilir ki, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarının boşaldılması ilə bağlı 1993-cü ildə qəbul edilmiş 822, 853, 874, 884 saylı qətnamələri gerçəkləşdirsin.
Müraciət bu cümlələrlə bitir: “Biz öz haqqımızın özümüzə qaytarılmasını istəyirik. Biz Ermənistanın işğalçılıq siyasətinin durdurulmasını tələb edirik. Biz öz ata-baba torpaqlarımıza qayıtmaq istəyirik”.
Elxan SALAHOV

Oxşar yazılar

Ərdoğan Rusiya və Azərbaycan arasındakı gərginlikdən DANIŞDI
5 iyul 2025 , 14:35
İrəvan qazılığını bərpa etdik, o torpaqlara da gedəcəyik - Allahşükür Paşazadə
5 iyul 2025 , 12:23
Ermənistanın Kəlbəcərdə dinc əhalini atəşə tutması ilə bağlı zərərçəkmişlər ifadə verdilər
4 iyul 2025 , 21:23
İlham Əliyev Xankəndidə Türkiyə prezidenti ilə görüşdü
4 iyul 2025 , 18:48
Müsavat Partiyasının Rusiya səfirliyi qarşısında piket keçirməsinə icazə verilmədi
4 iyul 2025 , 18:25
"Ən az maaşı polislər alır" - Aqil Abbas
4 iyul 2025 , 12:29