“Kütləvi aksiyalar sabitliyi pozmamaq şərti ilə keçirilə bilər”
01 aprel 2011 14:55 (UTC +04:00)

“Kütləvi aksiyalar sabitliyi pozmamaq şərti ilə keçirilə bilər”

0
“İnsanların və qrupların hardasa mitinq, piket keçirməsi onların konstitusion hüququdur. Amma bu, təbii ki, ölkədə sabitliyi, insanların rahat istirahət hüququnu pozmamaq şərtilə həyata keçirilə bilər”.

Bunu APA-ya açıqlamasında Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov aprelin 2-də İctimai Palatanın mitinq keçirmək barədə qərarına münasibət bildirərkən deyib.


Onun sözlərinə görə, müxalifət hər bir cəmiyyət üçün mütləq amildir, hər bir cəmiyyətdə müxalif fikirlər və baxışlar mövcud ola bilər: “Amma müxalif fikirlər radikal baxışlara çevrilərək radikal anarxist meyllərə keçməməli, eyni zamanda, cəmiyyətdə əmin-amanlığı, sabitliyi pozmamalıdır”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 596

Oxşar yazılar