Bu gündən çağırışçılar hərbi hissələrə yola düşür
01 aprel 2011 12:19 (UTC +04:00)

Bu gündən çağırışçılar hərbi hissələrə yola düşür

Prezident İlham Əliyevin müvafiq fərmanına uyğun olaraq, aprelin 1-dən ölkəmizdə növbəti həqiqi hərbi xidmətə çağırış başlanıb. Lent.az-ın məlumatına görə, bu gündən etibarən bir ay davam edəcək çağırış prosesində minlərlə çağırışçı yaşadığı rayonun hərbi komissarlığından birbaşa hərbi hissələrə göndəriləcək. Eyni zamanda bu gündən xidmət müddəti başa çatmış hərbi qulluqçular ehtiyata buraxılırlar. Artıq ölkənin müxtəlif yerlərində valideyn və ictimaiyyət nümayəndələrinin iştirakı ilə çağırışçıların yola salınması mərasimi başlayıb.

Belə ki, Azərbaycan Prezidentin fərmanına əsasən, “Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında” Qanuna uyğun olaraq Silahlı Qüvvələrin və qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələrin komplektləşdirilməsi üçün 1993-cü ildə doğulmuş və çağırış günü 18 yaşı tamam olmuş, habelə 1976-1992-ci illərdə doğulmuş, yaşı 35-dək olan, Respublikanın Silahlı Qüvvələrində və qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələrdə hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan Azərbaycan vətəndaşları 2011-ci il aprelin 1-dən 30-dək həqiqi hərbi xidmətə çağırılıblar.

Fərmana uyğun olaraq “Hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş xidmət müddətini keçmiş əsgər, matros və çavuşlar 2011-ci il aprelin 1-dən 30-dək ehtiyata buraxılacaqlar.

Nizam RZA
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1531

Oxşar yazılar