DİN: İcazəsiz aksiyanın qarşısı qətiyyətlə alınacaq
Nazirliyin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadənin Lent.az-a verdiyi məlumata görə, Bakı Şəhər İcra Hakimiyyəti paytaxtda kütləvi aksiyaların keçirilməsi üçün bəzi yerlər ayırıb: “Bakı Şəhər İcra Hakimiyyəti müxalifət partiyalarına konkret ərazidə mitinq keçirməyə icazə verib. Əgər onlar həmin yerdə mitinq keçirərsə, polis əməkdaşları qanuna müvafiq olaraq ictimai asayişi və aksiya iştirakçılarının təhlükəsizliyini təmin edəcək. Əks halda, onlar Bakının mərkəzi küçə və meydanlarında icra hakimiyyəti ilə razılaşdırılmamış aksiya keçirməyə, ictimai asayişi pozmağa cəhd göstərərlərsə, qarşısı qətiyyətlə alınacaq”.
Qeyd edək ki, bu gün Bakı Şəhər İcra Hakimiyyəti İP-nın mitinq keçirməklə bağlı müraciətinə cavab verib. Meriyadan müxalifətin şəhərin mərkəzində kütləvi etiraz aksiyası keçirmək müraciətinə mənfi cavab gəlib. Belə ki, İP-yə mitinqin Bibiheybət qəsəbəsində keçirilməsi təklif edilib.
Nizam Rza

Oxşar yazılar

Ərdoğan Rusiya və Azərbaycan arasındakı gərginlikdən DANIŞDI
5 iyul 2025 , 14:35
İrəvan qazılığını bərpa etdik, o torpaqlara da gedəcəyik - Allahşükür Paşazadə
5 iyul 2025 , 12:23
Ermənistanın Kəlbəcərdə dinc əhalini atəşə tutması ilə bağlı zərərçəkmişlər ifadə verdilər
4 iyul 2025 , 21:23
İlham Əliyev Xankəndidə Türkiyə prezidenti ilə görüşdü
4 iyul 2025 , 18:48
Müsavat Partiyasının Rusiya səfirliyi qarşısında piket keçirməsinə icazə verilmədi
4 iyul 2025 , 18:25
"Ən az maaşı polislər alır" - Aqil Abbas
4 iyul 2025 , 12:29