Sərkisyanın cangüdənləri Bursada
Stadionun ətrafındakı bütün binalar nəzarət altında saxlanılacaq
Oktyabrın 14-ü Bakı vaxtı ilə saat 23.45-də başlayacaq Türkiyə-Ermənistan oyununu ilə bağlı matçın keçiriləcəyi Bursa şəhərində və stadionda böyük təhlükəsizlik tədbirləri görülüb. Lent.az-ın Doğan Xəbər Agentliyinə istinadən verdiyi məlumata görə, oyun zamanı 1800 polis və 700 nəfər təhlükəsizlik xidmətinin əməkdaşı olmaqla ümumilikdə 2500 nəfər stadiona quş da uçurtmayacaq
Stadionun girişinə “X-RAY” qoyulacaq, hər kəs içəri bu cihazların yoxlanışından sonra buraxılacaq. Stadiona nəinki metal, xırda pul və alışqan, hətta qələm belə buraxılmayacaq.
Üzərində hansısa hərf yazılmış mayka geyinənlərə də stadiona girmək qadağandır. Həmin şəxslər yalnız yazılı mayka və ya şortikini çıxardıqdan sonra içəri buraxılacaq.
Əvvəlcədən də elan edildiyi kimi, stadiona yalnız Türkiyə və Ermənistan bayraqları buraxılacaq.
Stadionda yalnız plastik qablarda su satılmasına icazə veriləcək, şüşə butulka gətirmək və ya satmaq qadağandır.
Türkiyənin Cümhurbaşkanlığı Köşkündən (Prezident Aparatı) Bursaya gələn özəl heyət stadionun ətrafındakı bütün binaların nəzarət altında saxlanılmasını əmr edib.
Ermənistan prezidenti Serj Sərkisyanın cangüdənləri və erməni milisinin də olduğu 17 nəfərlik özəl mühafizə xidməti bu gün Ermənistan milli yığmasını gətirən özəl təyyarə ilə Bursaya gəliblər. Otelə yerləşən mühafizə xidmətinin işçiləri bütün günü Sərkisyanın proqramı ilə bağlı məşq keçiblər.
Sərkisyanın isə oyun günü yerli vaxtla saat 16.00-da (Bakı vaxtı ilə 18.00-da) Yenişehir Aeroportunda qarşılanacağı bildirilir.
Yeri gəlmişkən, Bursadakı 4 və 5 ulduzlu stadionların hamısı bir neçə gün əvvəldən dolub. Şəhərdə yer tapa bilməyənlər ora məhz oyun günü gəlməyi planlaşdırır.

Oxşar yazılar

Prezident Ağdamdan səmimi görüntülər paylaşdı
10 may 2025 , 20:10
Ermənistanın Hindistana verdiyi dezinformasiya dəstəyi ifşa olundu
10 may 2025 , 14:26
XİN-dən Aktaudakı təyyarə qəzası ilə bağlı AÇIQLAMA
10 may 2025 , 12:03
Ermənilər ordumuzu atəşə tutdu
10 may 2025 , 11:33
Prezidentdən Heydər Əliyevin doğum günü ilə bağlı PAYLAŞIM
10 may 2025 , 00:23
İki nüvə dövləti üz-üzə gəldi: Hindistan və Pakistanın hərbi gücü -VİDEO
9 may 2025 , 16:25