Bursa valisindən Azərbaycan bayrağına hörmətsizlik
12 oktyabr 2009 15:39 (UTC +04:00)

Bursa valisindən Azərbaycan bayrağına hörmətsizlik

Dəniz Baykalın müavini isə ona təqdim olunan bayrağımızı öpərək qəbul edib


Türkiyənin Bursa vilayətinin Mudanya rayonunda “Mudanya Sülh müqaviləsi”nin 87-ci ildönümü münasibətilə təşkil edilən mərasimdə diqqət çəkən hadisələr baş verib.

Tədbirdə Mustafa Kamal Paşa Atatürk və İsmət İnönünün portretlərinin olmaması diqqətdən qaçmayıb. Lent.az-ın “ankarahaber”ə istindən verdiyi məlumata görə, bununla yanaşı, Bursa valisi Şahabəddin Harput azərbaycanlı gənclərin ona təqdim etdiyi Azərbaycan bayraqlarını almaqdan imtina edib.

Atatürkçü Düşüncə Dərnəyinin (ADD) Bursa şöbəsi mərasimdə Atatürk və İnönünün portretlərinin olmamasını alqışlarla etirazını bildirib. Şöbənin əməkdaşları vali çıxış edərkən tədbirin keçirildiyi ərazini tərk edib.

ADD-nin Bursa şöbəsinin rəhbəri professor Tahir Baytaşmaz Ermənistanla imzalanan protokolla ölkənin xarici siyasətində yeni qaranlıq və təhlükələrin ortaya çıxdığını deyib.

CHP-nin qonağı olaraq, mərasimdə iştirak edən bir qrup azərbaycanlı gənc isə valiyə çıxışından dərhal sonra yaxınlaşaraq, ona Azərbaycan bayrağını hədiyyə etmək istəyib. Şahabəddin Harput bayrağı almaqda tərəddüd edərkən CHP sədrinin müavini Onur Öymen bayrağımızı öpərək onu gənclərdən alıb. Öymen “Əgər Türkiyə-Ermənistan matçına gəlsəm, bu bayraqla gələcəyim”, – deyib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 513

Oxşar yazılar