YAP ATƏT-in faktaraşdırıcı missiyasından obyektiv hesabat gözləyir
APA-nın məlumatına görə, bunu hakim Yeni Azərbaycan Partiyasının (YAP) rəsmi saytına açıqlamasında YAP icra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı deyib.
M. Qurbanlı xatırladıb ki, ATƏT-in Minsk qrupu Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli missiyasını üzərinə götürən təşkilatdır. Onun sözlərinə görə, həmsədrlər bu məqsədlə vaxtaşırı bölgəyə səfər etsə də, hələ də konkret nəticələr əldə olunmayıb: “Faktaraşdırıcı missiya ikinci dəfədir ki, bölgədə araşdırmalar aparıb. Missiya bölgədəki vəziyyəti təhlil edərək hesabat hazırlayır. Bu hesabatlar zəruridir. Çünki işğal olunmuş ərazilərimizdə Ermənistan qanunsuz məskunlaşma həyata keçirir, maddi-mənəvi abidələrimizi dağıdır, ekoloji fəlakət törədən hərəkətlərə yol verir, eləcə də, qeyri-qanuni tikinti işləri həyata keçirir. Həmçinin, Ermənistan işğal olunmuş ərazilərdə narkotiklər becərir. Bütün bunlar isə beynəlxalq hüquqa ziddir”.
M. Qurbanlı deyib ki, Azərbaycan və dünya ictimaiyyəti ermənilərin bu ərazilərdə nələr törətdiyini bilməlidir. Onun sözlərinə görə, missiyanın həmsədrlərin bölgəyə səfəri çərçivəsində açıqlanması yaxşı olardı: “Təəssüf ki, bu baş vermədi. Faktaraşdırıcı missiya hesabatını açıqlamalıdır və hesabat obyektiv olmalıdır. Əks halda, beynəlxalq təşkilatların obyektivliyinə heç bir inam qalmayacaq”.

Oxşar yazılar

Ərdoğan Rusiya və Azərbaycan arasındakı gərginlikdən DANIŞDI
5 iyul 2025 , 14:35
İrəvan qazılığını bərpa etdik, o torpaqlara da gedəcəyik - Allahşükür Paşazadə
5 iyul 2025 , 12:23
Ermənistanın Kəlbəcərdə dinc əhalini atəşə tutması ilə bağlı zərərçəkmişlər ifadə verdilər
4 iyul 2025 , 21:23
İlham Əliyev Xankəndidə Türkiyə prezidenti ilə görüşdü
4 iyul 2025 , 18:48
Müsavat Partiyasının Rusiya səfirliyi qarşısında piket keçirməsinə icazə verilmədi
4 iyul 2025 , 18:25
"Ən az maaşı polislər alır" - Aqil Abbas
4 iyul 2025 , 12:29