ABŞ dövlət katibinin müavinindən sensasion açıqlama
Uilyam Berns: “Dağlıq Qarabağ münaqişəsinin mümkün həlli planı artıq neçə müddətdir bəllidir”
ABŞ Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlarda irəliləyişə ümid edir və onun həllinə kömək etməyə hazırdır. APA-nın xəbərinə görə, bu barədə Corctaun Universitetində keçirilən konfransda çıxış edən ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Uilyam Berns çıxış edib.
“Biz ümid edirik ki, son vaxtlar prezidentlər Əliyev və Sarkisyanın danışıqlarında müşahidə olunan irəliləyişlər onların gələn ay keçiriləcək görüşündə müsbət nəticələrə gətirib çıxaracaq. Münaqişənin mümkün həlli planı artıq neçə müddətdir bəllidir. Amma detallar da çox vacibdir və sonrakı müzakirələr hər iki tərəfin maraqlarının təmin olunması baxımından zəruri sayılır. İnanırıq ki, bütün tərəflər danışıqların bitməsi və arzulanan sonluğa çatması üçün siyasi iradə nümayiş etdirəcək. Biz bu məqsədə çatmaq üçün vaxt və səylərimizi əsirgəməyəcəyik” – deyə U.Berns bəyan edib.
ABŞ dövlət katibinin müavini ölkəsinin münaqişənin həllində maraqlı olmasının göstəricisi kimi 36 illik diplomatik xidmət təcrübəsinə malik Robert Bradtkenin Minsk Qrupunun yeni həmsədri təyin olunmasını göstərib.
U.Berns çıxışında Türkiyə-Ermənistan münasibətləri məsələsinə də toxunub. Onun sözlərinə görə, Türkiyə-Ermənistan münasibətlərinin normallaşması Dağlıq Qarabağ münaqişəsi ilə bağlı olmasa da, Cənubi Qafqaz regionunun inkişafına təsir edəcək: “Bundan başqa, münasibətlərin normallaşması üçün Türkiyə və Ermənistan tərəfindən atılan tarixi addımlar ümidvericidir. Bu yaxınlaşma Dağlıq Qarabağ münaqişəsi bağlı olmasa da, hər iki proses Cənubi Qafqaz regionunu bölən və regional inkişaf imkanlarını məhdudlaşdıran köhnə problemlərin həllində mühüm əhəmiyyətə malikdir. əgər bu mübahisələr həll olunsa, region miqyasında əməkdaşlıq, inam və kommersiya inkişafı üçün yeni qapılar açılacaq”.
Qeyd edək ki, ABŞ-da səfərdə olan Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov da Corctaun Universiteti tərəfindən təşkil olunmuş bu konfransda iştirak edib.

392