Türkiyə və Ermənistan arasında vasitəçilik edən İsveçrəyə Azərbaycanın mesajı
“Sərhədlərin açılması prosesi ilə torpaqların işğaldan azad olunması məsələsi paralel olaraq həyata keçirilməlidir”
İsveçrə Konfederasiyasında səfərdə olan Milli Məclisin sədri Oqtay Əsədovun başçılıq etdiyi parlament nümayəndə heyəti sentyabrın 17-də bu ölkənin Federal Xarici İşlər Departamentinin rəhbəri (faktiki olaraq xarici işlər naziri) xanım Mişelin Kamili-Rey ilə görüşüb.
Lent.az-ın Milli Məclisin rəsmi saytına istinadən verdiyi məlumata görə, söhbət zamanı hər iki tərəfin maraqlarını və mənafeyini əks etdirən bir çox məsələ müzakirə olunub.
Belə səfərləri yüksək qiymətləndirən xanım Mişelin Kamili-Rey öz ölkəsinin Azərbaycanla əməkdaşlığa xüsusi maraq göstərdiyini söyləyib. Bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin bu ilin oktyabrında İsveçrəyə nəzərdə tutulmuş səfəri ilə bağlı ciddi hazırlıq işləri görülür. İsveçrə bu səfəri səbirsizliklə və böyük məmnuniyyətlə gözləyir.
Söhbətdə Azərbaycanın üzləşdiyi ən ağrılı problem – Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan departament rəhbəri Türkiyə-Ermənistan danışıqlarında vasitəçilik missiyasının İsveçrə hökuməti tərəfindən onun rəhbərlik etdiyi quruma həvalə olunduğunu diqqətə çatdırıb.
Bu görüşdən məmnun qaldığını bildirən Milli Məclisin sədri Oqtay Əsədov ölkələrimiz arasında yaranmış əlaqələrin bundan sonra da yüksələn xətlə inkişaf edəcəyinə əminliyini ifadə edib. Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyinə görə İsveçrə hökumətinə təşəkkürünü bildirib.
Spiker qeyd edib ki, Türkiyə ilə Ermənistan sərhədlərinin bağlanmasına səbəb Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunmasıdır. Bu məsələ isə neçə illərdir öz həllini tapmayıb. Ermənistan beynəlxalq hüquq normalarına və nüfuzlu beynəlxalq təşkilatların qəbul etdiyi qərar və qətnamələrə məhəl qoymur. Azərbaycan isə nə Türkiyənin, nə də Ermənistanın daxili işlərinə qarışmaq fikrində deyil.
Oqtay Əsədov vurğulayıb ki, hamı bilməlidir ki, sərhədlərin açılması prosesi ilə torpaqların işğaldan azad olunması məsələsi paralel olaraq həyata keçirilməlidir: “Bu məsələdə paralelliyi pozmaq istəyənlər anlamalıdırlar ki, işğal olunmuş ərazilər boşaldılmadan sərhədlərin açılması Azərbaycanın maraqlarına zidd olmaqla yanaşı, eyni zamanda, Cənubi Qafqaz regionunda sülhün və əmin-amanlığın bərpasına ağır zərbə olar”.
Görüşdə tərəfləri maraqlandıran bir sıra məsələlər ətrafında müzakirələr aparılıb.

734