Rusiya səfiri: “Qars müqaviləsi beynəlxalq hüququn bir elementidir”
“Vladimir Jirinovskinin söylədiyi fikirlər Rusiyanın deyil, onun şəxsi mövqeyidir”.
APA-nın xəbərinə görə, bu fikirləri Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin söyləyib.
Vladimir Jiriovskinin “Ria-Novosti” agentliyinə müsahibəsində Qarabağın tarixi erməni torpağı olması barədə fikirlərinə münasibət bildirən səfir deyib ki, bu, rəsmi Rusiyanın mövqeyini ifadə etmir.
Rusiya səfiri Türkiyə ilə Ermənistan arasında diplomatik münasibətlərin qurulmasına dair protokolların imzalanması ilə Qars müqaviləsinin qüvvədən düşəcəyi barədə söylənən fikirlərə də münasibət bildirib: “Qars müqaviləsi beynəlxalq hüququn bir elementidir və qüvvədədir. Rusiya onu ləğv etmək niyyətində deyil”.

771