Bakının işğaldan azad olunmasından 91 il ötür
15 sentyabr 2009 16:30 (UTC +04:00)

Bakının işğaldan azad olunmasından 91 il ötür

Şərəfli gün Azərbaycan tarixinə yüzlərlə igid türk əsgərinin şəhid olması ilə düşüb

Bu gün müstəqil Azərbaycanın paytaxtı Bakı şəhərinin erməni daşnaklarından azad olunmasından 90 il ötür. 1918-ci il sentyabrın 15-də Nuru Paşanın (Feriq Nuru) komandanlığı altında Qafqaz İslam Ordusu Bakıya daxil olub. Həmin şərəfli gün Azərbaycan tarixinə yüzlərlə igid türk əsgərinin şəhid olması ilə düşüb.
Tədqiqatçılar yazdıqlarına görə, şahanə görkəmdə böyük bir ordunun müşayiətilə paytaxta daxil olan Nuru Paşanı qarşılamaq üçün uşaq-böyük, qız-gəlin, qadın-qoca küçələrə çıxıb öz sevgilərini alqışlarla, gül-çiçəklərlə ifadə edir, - "Əllərinə sağlıq, Nuru Paşa!" - deyə şüar söyləyiblər.

Nuru Paşa Türkiyənin hərbi naziri Ənvər Paşanın qardaşı olub.

Azərbaycan növbəti dəfə müstəqillik qazandıqdan sonra hər il sentyabrın 15-də təkcə Bakıda deyil, Şamaxıda, Göyçayda və digər rayonlarda şəhid olan türk əsgərlərinin məzarları ziyarət olunur.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 524

Oxşar yazılar