Milli Məclisdə İrana etiraz
Lent.az-ın məlumatına görə, plenar iclasda çıxış edən deputatların əksəriyyəti İranı Azərbaycana qarşı haqsız və qərəzli mövqe nümayiş etdirməkdə ittiham edib.
Millət vəkili Azay Quliyev deyib ki, İranın bu ikiüzlü siyasətinə qarşı Milli Məclis səviyyəsində rəsmi etiraz olunmalıdır. Onun sözlərinə görə, Milli Məclis bu məsələyə açıq və konkret münasibət bildirməlidir.
Deputat Zahid Oruc isə İrandan Azərbaycana vizasız gediş-gəlişə etiraz edib. O qeyd edib ki, Azərbaycan vətəndaşlarının İrana gedib-gəlməsi indiki halda ölkənin ziyanınadır. Z. Orucun sözlərinə görə, vizasız gediş-gəliş narkotikin Azərbaycana ixracının artmasına səbəb olur: “Deputatlar İranın bu siyasətinə qarşı ideoloji təbliğat aparmalıdır”.
Digər millət vəkili Mübariz Qurbanlı İranın həm “Səhər-2” televiziyası vasitəsilə, həm də rəsmi dövlət rəhbərlərinin Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirməsini İran-Azərbaycan işçi qrupu vasitəsilə İran tərəfinə çatdırılmasını təklif edib. O bildirib ki, Milli Məclis İranın bu siyasətinə qarşı rəsmi etirazını bildirməlidir.
Elxan SALAHOV

Oxşar yazılar

Ərdoğan Rusiya və Azərbaycan arasındakı gərginlikdən DANIŞDI
5 iyul 2025 , 14:35
İrəvan qazılığını bərpa etdik, o torpaqlara da gedəcəyik - Allahşükür Paşazadə
5 iyul 2025 , 12:23
Ermənistanın Kəlbəcərdə dinc əhalini atəşə tutması ilə bağlı zərərçəkmişlər ifadə verdilər
4 iyul 2025 , 21:23
İlham Əliyev Xankəndidə Türkiyə prezidenti ilə görüşdü
4 iyul 2025 , 18:48
Müsavat Partiyasının Rusiya səfirliyi qarşısında piket keçirməsinə icazə verilmədi
4 iyul 2025 , 18:25
"Ən az maaşı polislər alır" - Aqil Abbas
4 iyul 2025 , 12:29