Ziyafət Əsgərov Astanada ermənini susdurdu
Avroatlantik Tərəfdaşlıq Şurasının Astanada keçirilən təhlükəsizlik forumu çərçivəsində “Enerji təhlükəsizliyi: Xəzər və Qara dənizi regionunda əməkdaşlıq” mövzusunun müzakirə edildiyi qrupda Ermənistan və Azərbaycan nümayəndələri arasında mübahisə baş verib.
APA-nın Qazaxıstan və Mərkəzi Asiya üzrə müxbirinin məlumatına görə, Ermənistanın NATO-dakı səfiri çıxışında Azərbaycanı nəzərdə tutaraq bildirib ki, bəzi dövlətlərin siyasi ambisiyaları ucbatından Ermənistan regionda həyata keçirilən enerji və nəqliyyat layihələrindən kənarda qalıb.
Bu çıxışdan sonra söz alan Azərbaycan Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov bəyan edib ki, Ermənistanın bu layihələrdən kənarda qalması Azərbaycanın deyil, Ermənistanın öz günahıdır. O, Ermənistanın öz işğalçılıq siyasətinin girovuna çevrildiyini, bu səbəblə regional layihələrdə iştirak edə bilmədiyini iştirakçıların diqqətinə çatdırıb. Z. Əsgərov Ermənistan səfirinə xitabən “Siz işğalçı dövlətsiniz, Azərbaycanın ərazilərini işğal etmisiniz. Torpaqları azad edin, işğaldan əl çəkin, bundan sonra sizinlə əməkdaşlığı müzakirə edə bilərik”, deyərək fikrini tamamlayıb.

749