Azərbaycan və Qazaxıstan Xəzərdə təhlükəsizliyi müzakirə edir
18 may 2009 11:00 (UTC +04:00)

Azərbaycan və Qazaxıstan Xəzərdə təhlükəsizliyi müzakirə edir

Bu gün Aktau şəhərində Azərbaycan və Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin yüksək rütbəli rəsmilərindən ibarət nümayəndə heyətinin görüşü başlayıb. Azərbaycan Müdafiə Nazirliyindən Lent.az-a verilən məlumata görə, görüşdə Hərbi Dəniz Qüvvələri arasında əməkdaşlığın perspektivləri, kadrların hazırlanması və s. məsələlər, habelə ABŞ-ın Avropa Komandanlığının (EUCOM) koordinasiyası ilə həyata keçirilən Xəzər dənizinin Təhükəsizliyi proqramı çərçivəsində fəaliyyətlərin uzlaşdırılması məsələləri müzakirə olunur.

Mayın 22-dək davam edəcək müzakirələrin eyni zamanda Astanada da aparılması gözlənilir.

Lent.az-ın Müdafiə Nazirliyindən əldə etdiyi məlumatlara görə, Xəzərdə hərbi donanmasını gcləndirən Qazaxıstan hərbi dənizçi kadrların çatışmazlığı ilə üzləşib. Bu məqsədlə Qazaxıstan Müdafiə Nazirliyi Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbinə göndərilən müdavimlərinin sayını artırmaq üçün müraciət edib. Qzaxıstan indiyədək Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbinə 7-10 arası müdavim göndərdiyi halda bu sayın 20-dək artırılmasını təklif edir. Azərbaycan tərəfi isə kursantlarının sayının artırılması müqabilində Qazaxıstanın onların təhsil xərclərini ödəməsini təklif edib.

Müzakirə olunan digər məsələ isə Xəzər dənizinin təhlükəsizliyi üzrə əməkdaşlıqla bağlıdır. Qeyd edək ki, hazırda Azərbaycan və Qazaxıstan Hərbi Dniz Qüvvələri və Sahil Mühafizəsi Xəzər dənizində terrorizm, kütləvi qırğın silahlarının (KQS) yayılması, narkotik maddələrin dövriyyəsi və qaçaqmalçılıq kimi təhdidlərlə mübarizə sahəsində əməkdaşlıq edir. Bu hallarla mübarizə üçün hər iki dövlətə ABŞ tərəfindən müxtəlif yardımlar göstərilir. ABŞ-ın Xəzər dənizinin Təhlükəsizliyi Proqramının (CMSP) 2007-2008-ci illəri əhatə edən birinci mərhələsində dəniz təhlükəsizliyi üzrə ABŞ-Azərbaycan və ABŞ-Qazaxıstan birgə görüşləri keçirilib.

Qeyd edək ki, hazırda Xəzərdə ən zəif hərbi donanmaya malik olan Qazaxıstan 2015-ci ilədək müasir gəmilərdən ibarət güclü Hərbi Dəniz Qüvvələri yaratmağı qarşıya məqsəd qoyub. Ötən il Kurık buxtasında və Qazaxıstan körfəzindəki Felisov məntəqəsində yeni hərbi dəniz bazaların inşasına başlayan qazax Hərbi Dəniz Qüvvələri paralel olaraqsu tutumu 500 ton və daha çox olan iritonnajlı gəmilərin tikintisinə dair xarici şirkətlərə böyük sifarişlər verilib. Yaxın bir neçə il ərzində bu ölkə Rusiyanın «Almaz Gəmiqayırma Şirkəti» ASC-dən bir neçə «Sobol» sürətli patrul kateri, həmçinin 6 ədəd 21632 «Tornodo» layihəli kiçik artilleriya kateri almağı planlaşdırır. Yaxın perspektivdə Xəzər donanmasının şəxsi heyətinin 5 min nəfərə çatdırmaq və donanmanın struktrunda kəşfiyyat-diversiya dəstəsini yaratmaq nəzərdə tutulur.

Qazaxıstanın Xəzərdəki Hərbi Dəniz Qüvvələrinin Aktau, Bautino, Atırauda bazaları mövcuddur. Hazırda Xəzər donanmasına 10 patrul və gözətçi kateri, 2 tral, 2 kiçik hiidroqrafiya gəmisi, donanmanın aviasiya qrupuna 6 ədəd Mi-8, 6 ədəd Mi-2 vertolyotu daxildir. HDQ-dən əlavə olaraq, Qazaxıstan Sərhəd Qoşunlarının Sahil Mühafizəsində müxtəlif sututumlu 20-dək sahil mühafizə kateri mövcuddur. Sahil mühafizəsi Atırau və Aktau divizionlarından ibarətdir.

Rəşad Süleymanov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 948

Oxşar yazılar