“Avropa Şurasında Azərbaycanla hesablaşırlar”
“Azərbaycan bayrağının Avropa Şurasının qarşısında yüksəlməsindən 10 il keçir. Bu 10 il ərzində Avropa Şurasının ən yüksək tribunalarından Azərbaycan gerçəkliklərinin, Azərbaycanla bağlı bütün məsələlərin, ən əsası Dağlıq Qarabağ həqiqətlərinin bütün Avropa ölkələrinə çatdırılmasında böyük iş görülüb, görülür, bundan sonra da görüləcək”.
APA-nın Avropa bürosunun məlumatına görə, bunu Azərbaycan Milli Məclisinin AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Sənəd Seyidov deyib.
S. Seyidov AŞPA-da Dağlıq Qarabağla bağlı qətnamənin qəbulunu tarixi hadisə adlandırıb: “1416 saylı bu sənəd Azərbaycanın ən ağrılı məsələsini - Dağlıq Qarabağ problemini bütün real, həqiqi xüsusiyyətləri və nüansları ilə dünyaya çatdırıb. Avropa Şurası tərəfindən hazırlanan və qəbul edilən qətnamə Azərbaycanın işğal edilmiş torpaqları və qaçqınlar barədə həqiqətlərdən bəhs edir”.
Azərbaycanın ötən 10 il ərzində böyük inkişaf yolu keçdiyini qeyd edən S. Seyidov ölkəmizin iqtisadi cəhətdən güclü, təhsilli, mədəniyyətini ən yüksək səviyyədə inkişaf etdirmiş və etdirən ölkə kimi tanındığını bildirib: “Ona görə də bu gün Avropa Şurasında Azərbaycanla hesablaşırlar, Azərbaycandan dəstək istəyirlər, bizim mövqeyimizə diqqətlə yanaşır, Azərbaycanla dost, yaxın olmaq üçün yaxşı mənada mübarizə aparırlar. Bu, Azərbaycan rəhbərliyinin apardığı məntiqli siyasətin nəticəsidir. Görülmüş işlər ona gətirib çıxarıb ki, bu gün Avropa Şurasında Azərbaycanın nümayəndəsinin hər bir hərəkəti, hər bir sözü xüsusi səviyyəyə, xüsusi diqqətə malikdir. Hesab edirik ki, Azərbaycanın AŞ-dəki mövcudluğu həm Azərbaycan üçün həddindən artıq vacibdir, həm də AŞ-ni zənginləşdirir. Azərbaycan həm AŞ-yə yeni fəlsəfə, yeni dəyər gətirir, həm də özü bundan bəhrələnir”.

Oxşar yazılar

Ərdoğan Rusiya və Azərbaycan arasındakı gərginlikdən DANIŞDI
5 iyul 2025 , 14:35
İrəvan qazılığını bərpa etdik, o torpaqlara da gedəcəyik - Allahşükür Paşazadə
5 iyul 2025 , 12:23
Ermənistanın Kəlbəcərdə dinc əhalini atəşə tutması ilə bağlı zərərçəkmişlər ifadə verdilər
4 iyul 2025 , 21:23
İlham Əliyev Xankəndidə Türkiyə prezidenti ilə görüşdü
4 iyul 2025 , 18:48
Müsavat Partiyasının Rusiya səfirliyi qarşısında piket keçirməsinə icazə verilmədi
4 iyul 2025 , 18:25
"Ən az maaşı polislər alır" - Aqil Abbas
4 iyul 2025 , 12:29