Avstraliyadakı türklər sərhədlərin açılmasının əleyhinədir
“Azərbaycan torpaqları azad olunmayınca sərhədlərin açılmasının yolverilməzdir”
Avstraliyanın Sidney şəhərində fəaliyyət göstərən Türk Dayanışma Dərnəyinin rəhbəri Bəşir Karasu Türkiyə Cümhuriyyətinin prezidenti, baş naziri, parlament sədri, Silahlı Qüvvələrinin başçısı və Cümhuriyyət Xalq Partiyasına Türkiyə-Ermənistan sərhədlərinin açılmaması üçün müraciət ünvanlayıb.
Lent.az-ın məlumatına görə, müraciətdə Ermənistan tərəfindən işğal olunan Azərbaycan torpaqları azad olunmayınca bu ölkə ilə sərhədlərin açılmasının yolverilməz olduğu vurğulanıb.
“Son günlərdə Ermənistanla sərhədlərin açılması ehtimalı media və ya bəzi qeyri-hökumət təşkilatları tərəfindən gündəmə gətirilir. Ancaq diqqətinizə çatdırmaq istəyirik ki, Türkiyə Ermənistanla münasibətləri yaxşılaşdırmaq üçün addımlar atmasına baxmayaraq, qarşı tərəfdən heç bir adekvat cavab görmür. Çünki Ermənistan hələ də Türkiyənin ərazi bütövlüyünü tanımır və Ağrı dağını rəsmi sənədlərində belə milli simvol kimi istifadə edir” – deyə, sənəddə qeyd olunub.
Müraciətdə qeyd olunub ki, Türkiyə-Ermənistan yaxınlaşması Dağlıq Qarabağ problemindən dolayı Türkiyə-Azərbaycan münasibətlərinə böyük zərər verə bilər: “Türkiyənin Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın xeyrinə həll olunmasını 17 ildir öz xarici siyasətində əsas şərtlərdən biri kimi sayması Ankaranın sadəcə Azərbaycanın təbii sərvətlərinə marağı və bu ölkə ilə ticarət dövriyyəsinin getdikcə artmasından qaynaqlanan bir siyasət deyil. “Bir millət iki dövlət” olan Türkiyə ilə Azərbaycan tarix boyu bütün məsələlərdə bir-birinə dəstək verib. Əgər qardaşlığı bir tərəfə qoyarsaq, Türkiyə müəyyən çıxarlar üçün bunu edərsə, o zaman Azərbaycandan əldə edilən üstünlüklər daha böyükdür. Nefti, qazı olan və Orta Asiyaya açılan qapı rolunu oynayan Azərbaycan Türkiyə üçün daha önəmlidir.
Ermənistandan isə Türkiyəyə hansısa bir xeyir verəcək şey yoxdur. Çanaqqala savaşında Türkiyəyə göstərilən qızıl, pul və hərbi yardım Azərbaycanın dəstəyinin nümayişidir. Təbii indiyədək Türkiyənin Azərbaycana verdiyi dəstəkləri də bilirik və unutmuruq. “Sərhədlər qondarma erməni soyqırımının ABŞ Konqresində tanınmaması üçün açıla bilər” - deyə yazılır və ya söylənilir. Bu il Azərbaycanı itirən Türkiyə qondarma erməni soyqırımının tanınmaması üçün sonrakı illər nə edəcək? Biz Türkiyənin Azərbaycanı Dağlıq Qarabağ problemi və digər məsələlərdə yalnız buraxacağına inanmırıq və Ermənistan işğal etdiyi Dağlıq Qarabağı və ətraf əraziləri qeyd-şərtsiz tərk etməyincə Türkiyənin bu dövlətlə sərhədlərini açmayacağına ümid edirik”.
Pərvin ABBASOV

912