“... sabiq müsavatçıları AXCP-yə üzv qəbul edəcəyik”
24 yanvar 2011 17:02 (UTC +04:00)

“... sabiq müsavatçıları AXCP-yə üzv qəbul edəcəyik”

“Keçmiş müsavatçı İbrahim İbrahimlinin AXCP-yə üzv olmaq barədə ərizəsi bizə təqdim olunmadığından, hələlik bu barədə konkret bir şey demək olmaz. Ancaq onun belə bir ərizə ilə müraciət edəcəyi istisna deyil”.


Bunu APA-ya açıqlamasında AXCP sədrinin müavini Fuad Qəhrəmanlı deyib. O, müraciət edəcəkləri təqdirdə sabiq müsavatçıları məmnuniyyətlə AXCP-yə üzv qəbul edəcəklərini vurğulayıb: “Çünki onlar müxalifətdən getmədiklərini bildiriblər və hər biri Azərbaycanda kifayət qədər tanınmış, kifayət qədər nüfuz sahibi olan şəxslərdir”.

Xatırladaq ki, 2010-cu il noyabr ayında Sülhəddin Əkbər və İbrahim İbrahimli Müsavat Partiyasından istefa verib. Bu ilin əvvəlində isə əvvəlcə professorlar Qabil Hüseynli və Adil Qeybulla, sonra isə partiyanın Sumqayıt rayon təşkilatının 15 üzvü analoji addım atıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 596

Oxşar yazılar