
“Qarabağ” siyasi blokunun təsis olunması üçün işçi qrup yaradılıb
ADP sədri Sərdar Cəlaloğlunun APA-ya verdiyi məlumata görə, bu gün Azərbaycan Demokrat Partiyasının (ADP) və Ümid Partiyasının idarə heyətlərinin birgə iclası keçirilib. İclasda “Qarabağ” siyasi blokunun yaradılması ilə bağlı məsələ müzakirə olunub. Yığıncaqda bildirilib ki, partiyaların məqsədlərinin ümumi olması, ortaq dəyərlərin bölüşdürülməsi və seçkilərdəki əməkdaşlıq təcrübəsi blokun yaradılmasına stimul verir. İclasda blokun yaradılması üçün qanuni sənədləşmənin hazırlanması məqsədilə hər partiyadan 3 nəfər olmaqla, ümumilikdə 6 nəfərdən ibarət işçi qrup yaradılıb. İşçi qrup həmçinin blokun əsasnaməsini, məramnaməsini, şüarını və emblemini hazırlayacaq.
S. Cəlaloğlu deyib ki, işçi qrup sənədləri hazırlayıb təqdim etdikdən sonra blokun rəsmi şəkildə yaradılması üçün digər addımlar atılacaq.
S. Cəlaloğlu deyib ki, işçi qrup sənədləri hazırlayıb təqdim etdikdən sonra blokun rəsmi şəkildə yaradılması üçün digər addımlar atılacaq.
Oxşar yazılar

Ərdoğan Rusiya və Azərbaycan arasındakı gərginlikdən DANIŞDI
5 iyul 2025 , 14:35
İrəvan qazılığını bərpa etdik, o torpaqlara da gedəcəyik - Allahşükür Paşazadə
5 iyul 2025 , 12:23
Ermənistanın Kəlbəcərdə dinc əhalini atəşə tutması ilə bağlı zərərçəkmişlər ifadə verdilər
4 iyul 2025 , 21:23
İlham Əliyev Xankəndidə Türkiyə prezidenti ilə görüşdü
4 iyul 2025 , 18:48
Müsavat Partiyasının Rusiya səfirliyi qarşısında piket keçirməsinə icazə verilmədi
4 iyul 2025 , 18:25
"Ən az maaşı polislər alır" - Aqil Abbas
4 iyul 2025 , 12:29