İƏT ölkələri dövlət və hökumət başçılarının zirvə toplantısı başlayıb
Türkiyənin İstanbul şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatı (EKO) ölkələri dövlət və hökumət başçılarının 11-ci zirvə toplantısı başlayıb.
APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, toplantıya qurumun üzvü olan 10 ölkə ilə bərabər qonaq qismində İraq, Qatar, İordaniya, Livan, Suriya və Şimali Kipr Türk Cümhuriyyəti də qatılıb.
Sammitdə Türkiyə prezidenti Abdulla Gül, Azərbaycan prezidenti İlham Əliyev, İran prezidenti Mahmud Əhmədinejad, Tacikistan prezidenti Emomoli Rahmon, Qırğızıstanın keçid dövrü prezidenti Roza Otunbayeva, Pakistan prezidenti Asif Əli Zərdari, Əfqanıstan prezidenti Həmid Karzai, Qazaxıstanın baş naziri Kərim Məsimov iştirak edir. Digər üzv ölkələr - Özbəkistan və Türkmənistan bir qədər aşağı səviyyədə təmsil olunub. İraq prezidenti Cəlal Tələbani də qonaq qismində tədbirə qatılıb.
Ev sahibi olan Türkiyə prezidenti Abdulla Gül iştirakçıları “Çırağan” Sarayının qapısında qarşılayıb. Toplantı Türkiyənin dövlət himninin oxunması və A. Gülün açılış nitqi ilə başlayıb.

Oxşar yazılar

Azərbaycan Suriyaya qaz verəcək
12 iyul 2025 , 15:34
İşğal zamanı əsirlikdə işgəncələrə məruz qalmış şəxslər ifadə verdilər
10 iyul 2025 , 22:45
Sülh gündəliyi Azərbaycanın liderliyi ilə irəliləyir
10 iyul 2025 , 17:29
İlham Əliyevlə Paşinyanın görüşünün nəticəsi məlum oldu
10 iyul 2025 , 14:35
Azərbaycan və Ermənistan rəhbərliyi ilk dəfə vasitəçisiz görüşdü - VİDEO - YENİLƏNİB
10 iyul 2025 , 14:02
Azərbaycanla Ermənistan arasında vasitəçisiz danışıqlar - Tarixi Əbu-Dabi görüşü
10 iyul 2025 , 12:53
İlham Əliyev sabah Paşinyanla görüşəcək
9 iyul 2025 , 12:13