“Ermənistanın qalib gələcəyi barədə bəyanatlar əsassızdır”
“Ermənistan prezidenti Serj Sarkisyanın müharibə ilə bağlı son vaxtlar verdiyi bəyanatlar Ermənistanın çox çətin durumda olduğunu nümayiş etdirir”.
APA-nın xəbərinə görə, bunu Milli Məclis (MM) sədrinin müavini Bahar Muradova deyib.
B. Muradova bildirib ki, danışıqlar prosesi və Ermənistanın bu prosesdə qeyri-konstruktiv iştirakı ona qarşı təzyiqləri artırır: “Baxmayaraq ki, zahirən proseslərin gedişi Ermənistanın maraqlarına uyğun kimi görünür, amma bu belə deyil. Əvvəl-axır beynəlxalq hüquq prinsipləri bu kimi konfliktlərin həllində rəhbər tutulacaq. Astana sammitində “3+2” formatında verilən bəyanat da məhz ondan əvvəlki danışıqlar prosesindəki şərtlərə istinad edərək məsələnin sülh yolu ilə həllini nəzərdə tutur. Bu mənada Ermənistanın müharibəyə hazırlaşması və bunu udacaqları barədə bəyanatları əsassızdır. Bütün bunlar Ermənistan cəmiyyətinə hesablanıb, daxildə bu ölkənin rəhbərliyinə qarşı təzyiqlərin qarşısını almağa yönəlib. Nəzərə alsaq ki, onlar müharibəni yox, döyüşü udublar, Azərbaycanın öz ərazisini beynəlxalq hüquq çərçivəsində azad etmək imkanı qalır. Azərbaycan bu hüquqdan yeri gələndə istifadə edəcək”.

Oxşar yazılar

İşğal zamanı əsirlikdə işgəncələrə məruz qalmış şəxslər ifadə verdilər
10 iyul 2025 , 22:45
Sülh gündəliyi Azərbaycanın liderliyi ilə irəliləyir
10 iyul 2025 , 17:29
İlham Əliyevlə Paşinyanın görüşünün nəticəsi məlum oldu
10 iyul 2025 , 14:35
Azərbaycan və Ermənistan rəhbərliyi ilk dəfə vasitəçisiz görüşdü - VİDEO - YENİLƏNİB
10 iyul 2025 , 14:02
Azərbaycanla Ermənistan arasında vasitəçisiz danışıqlar - Tarixi Əbu-Dabi görüşü
10 iyul 2025 , 12:53
İlham Əliyev sabah Paşinyanla görüşəcək
9 iyul 2025 , 12:13
Ərdoğan Rusiya və Azərbaycan arasındakı gərginlikdən DANIŞDI
5 iyul 2025 , 14:35