Azərbaycan və Çinin “beyin mərkəzləri” müzakirə aparıblar
Ölkəmizdə səfərdə olan Çin Xalq Respublikasının “Wenhui Xinmin United Press Group” korporasiyasının baş direktoru Miao Guo Cinin başçılıq etdiyi nümayəndə heyəti dekabrın 14-də Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində (SAM) olub, SAM-ın direktoru Elxan Nuriyevlə görüşüb.
SAM-dan Lent.az-a verilən məlumata görə, Elxan Nuriyev SAM-ın fəaliyyəti - nəşr edilmiş elmi dərgilər, yerli və beynəlxalq əhəmiyyətli tədbirlər və perspektivli layihələr haqqında danışıb.
Tərəflər ölkələrimiz arasında bir sıra sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş potensialın mövcud olduğunu qeyd edib, elm, təhsil, xüsusilə iki ölkənin “beyin mərkəzləri” arasında elmi-tədqiqat sahəsində müxtəlif layihələrin və tədbirlərin həyata keçirilməsinin Azərbaycan və Çin arasında təmasların daha da sıxlaşmasına öz töhfəsini verəcəyinə əmin olduqlarını vurğulayıblar. Regionda cərəyan edən proseslərə toxunan SAM-ın rəhbəri Elxan Nuriyev Dağlıq Qarabağ münaqişəsi haqqında məlumat verib və münaqişənin beynəlxalq hüquq norma və prinsipləri əsasında, yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsinin mümkün olduğunu bildirib. Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, Çinin nüfuzlu təşkilatlarında sayılan “Wenhui Xinmin United Press Group” korporasiyasına 5 gündəlik, 6 həftəlik qəzet və 6 digər nəşrlər aiddir.

Oxşar yazılar

Azərbaycan Suriyaya qaz verəcək
12 iyul 2025 , 15:34
İşğal zamanı əsirlikdə işgəncələrə məruz qalmış şəxslər ifadə verdilər
10 iyul 2025 , 22:45
Sülh gündəliyi Azərbaycanın liderliyi ilə irəliləyir
10 iyul 2025 , 17:29
İlham Əliyevlə Paşinyanın görüşünün nəticəsi məlum oldu
10 iyul 2025 , 14:35
Azərbaycan və Ermənistan rəhbərliyi ilk dəfə vasitəçisiz görüşdü - VİDEO - YENİLƏNİB
10 iyul 2025 , 14:02
Azərbaycanla Ermənistan arasında vasitəçisiz danışıqlar - Tarixi Əbu-Dabi görüşü
10 iyul 2025 , 12:53
İlham Əliyev sabah Paşinyanla görüşəcək
9 iyul 2025 , 12:13