
ABŞ səfirliyi bloqqerlərin azad olunmasını müsbət qarşılayır
APA-nın məlumatlına görə, səfirliyin yaydığı bəyanatında deyilir ki, Birləşmiş Ştatlar Adnan Hacızadə və Emin Millinin məhkəmə işlərinə güclü maraq göstərib: “Bunu prezident Obama və dövlət katibi Hillari Klintonun onların buraxılması ilə bağlı açıq müraciətləri də sübut edir. Azərbaycan məhkəməsinin hər iki bloqqeri azad etmək qərarı müsbət addım kimi qiymətləndirilir. Ümid edirik, jurnalist Eynulla Fətullayev də tezliklə azadlığa çıxacaq. Müstəqil ədliyyə, siyasi təsirə məruz qalmayan və fəal vətəndaş cəmiyyəti müasir demokratik dövlətin təməl daşıdır. Birləşmiş Ştatlar demokratik islahatların aparılması, o cümlədən ifadə azadlığı və sərbəst toplaşma hüququnun təmin olunması istiqamətində Azərbaycan hökuməti və xalqı ilə işləmək öhdəliyinə sadiq qalır“.
Oxşar yazılar

MEDİA-dan sosial şəbəkələrdə yayılan saxta məlumatla bağlı AÇIQLAMA
12 iyul 2025 , 19:52
Azərbaycan Suriyaya qaz verəcək
12 iyul 2025 , 15:34
İşğal zamanı əsirlikdə işgəncələrə məruz qalmış şəxslər ifadə verdilər
10 iyul 2025 , 22:45
Sülh gündəliyi Azərbaycanın liderliyi ilə irəliləyir
10 iyul 2025 , 17:29
İlham Əliyevlə Paşinyanın görüşünün nəticəsi məlum oldu
10 iyul 2025 , 14:35
Azərbaycan və Ermənistan rəhbərliyi ilk dəfə vasitəçisiz görüşdü - VİDEO - YENİLƏNİB
10 iyul 2025 , 14:02
Azərbaycanla Ermənistan arasında vasitəçisiz danışıqlar - Tarixi Əbu-Dabi görüşü
10 iyul 2025 , 12:53