Əhmədinejad: “İranla Azərbaycanın əlaqələrini heç kim qıra bilməz”
Dostluq azalıb çoxala bilər, qardaşlar isə hər zaman qardaş olaraq qalır”.
APA-nın məlumatına görə, bunu Bakıda səfərdə olan İran İslam Respublikasının prezidenti Mahmud Əhmədinejad bu gün keçirdiyi mətbuat konfransında deyib.
O, çıxışına dünyada mövcud olan sistemin tənqidi ilə başlayıb. Prezident bəyan edib ki, bəşəriyyətə zidd olan bu sistem 100 illər ərzində müxtəlif müharibə və münaqişələrə səbəb olub, düşmənçilik yaradıb. Bu sistemin siyasi dalana dirəndiyini bəyan edən Əhmədinejad deyib ki, bu sistem bəşəriyyətin heç bir problemini həll etməyə qadir deyil.
Sistemin sonunun çatdığını söyləyən İran prezidenti ədalət və məhəbbətə hakim olan bəşəri sistemə ehtiyac olduğunu bəyan edib: “Bütün xalqları birləşdirmək, zülmün, işğalçılığın kökünü kəsmək üçün hərəkət etməliyik, zalımların sonu çatıb, onlar tarixdən silinib kitabxanalara göndərilməlidir”.
İran-Azərbaycan əlaqələrindən danışan prezident münasibətlərin çox yüksək səviyyədə olduğunu deyib, İranla Azərbaycanı regionda sülhün təminatçısı adlandırıb: “Azərbaycanın izzəti, təhlükəsizliyi bizim izzətimiz, bizim təhlükəsizliyimizdir”.
O, İranla Azərbaycan arasında əlaqələrin möhkəm və qırılmaz olduğunu bəyan edib: “Bu əlaqələri heç kim qıra bilməz”.

Oxşar yazılar

MEDİA-dan sosial şəbəkələrdə yayılan saxta məlumatla bağlı AÇIQLAMA
12 iyul 2025 , 19:52
Azərbaycan Suriyaya qaz verəcək
12 iyul 2025 , 15:34
İşğal zamanı əsirlikdə işgəncələrə məruz qalmış şəxslər ifadə verdilər
10 iyul 2025 , 22:45
Sülh gündəliyi Azərbaycanın liderliyi ilə irəliləyir
10 iyul 2025 , 17:29
İlham Əliyevlə Paşinyanın görüşünün nəticəsi məlum oldu
10 iyul 2025 , 14:35
Azərbaycan və Ermənistan rəhbərliyi ilk dəfə vasitəçisiz görüşdü - VİDEO - YENİLƏNİB
10 iyul 2025 , 14:02
Azərbaycanla Ermənistan arasında vasitəçisiz danışıqlar - Tarixi Əbu-Dabi görüşü
10 iyul 2025 , 12:53