“İran Xəzərlə bağlı razılaşmadan bir addım belə geri çəkilməyəcək”
08 noyabr 2010 19:03 (UTC +04:00)

“İran Xəzərlə bağlı razılaşmadan bir addım belə geri çəkilməyəcək”

APA-nın “Mehr” ə istinadən verdiyi məlumata görə, bu sözləri İran prezidentinin Xəzər məsələləri üzrə xüsusi nümayəndəsi Məhəmməd Mehdi Axundzadə deyib. O bildirib ki, İran Xəzərin hüquqi statusunun müzakirəsində hər kəsi insaflı olmağa dəvət edir. İran indiyə qədər müəyyən çərçivədə hərəkət edib. Bundan sonra da həmin mövqeyi davam etdirəcəyik. İranın razı olmasa, Xəzərin hüquqi statusunu həll etmək mümkün deyil. Biz 1921-1940-cı illərdə İran və Sovet ittifaqı ilə Xəzərlə bağlı razılaşmaya əsaslanırıq və bu mövqedən bir addım belə geri çəkilməyəcəyik”.
# 529

Oxşar yazılar