Azərbaycan prezidenti tibbi xidmətin təkmilləşdirilməsilə bağlı sərəncam imzalayıb
05 noyabr 2010 20:12 (UTC +04:00)

Azərbaycan prezidenti tibbi xidmətin təkmilləşdirilməsilə bağlı sərəncam imzalayıb

Lent.az.ın “AzerTAc” agentliyinə istinadən verdiyi məlumata görə, Ağdaş və Şəki şəhərlərində inşa olunan 100 çarpayılıq xəstəxanaların tikintisinin sürətləndirilməsi üçün 2010-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə 2,0 (iki) milyon manat (hər bir xəstəxana üçün 1,0 milyon manat) vəsait ayrılıb.

Maliyyə Nazirliyinə bu Sərəncamın 1-ci bəndində nəzərdə tutulmuş vəsaitin maliyyələşdirilməsini müəyyən olunmuş qaydada həyata keçirmək, Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
# 540

Oxşar yazılar