YAP 3 üzvünü cəzalandırdı
Yeni Azərbaycan Partiyası (YAP) fərdi qaydada namizəd kimi seçkilərə qatılan 10-a qədər üzvündən 3-ü artıq sıralarından ixrac edib.
Lent.az-ın verdiyi məlumata görə, bunu YAP sədrinin müavini, partiyanın icraçı katibi Əli Əhmədov söyləyib.
O bildirib ki, bu, həmin insanların seçib-seçilmək hüququnun pozulması demək deyil: “Biz YAP üzvü olan və fərdi qaydada seçkiyə qatılan şəxslərə bildirmişik ki, partiyadan çıxın və seçkilərdə müstəqil namizəd kimi iştirak edin. Əgər onlar seçkilərdə uğur qazanıb deputat seçilərlərsə, onları birinci təbrik edən biz olacağıq. Ancaq həmin dairədə YAP-ın namizədi olduğu halda partiya üzvlərindən hər hansının o dairədən namizədliyini irəli sürməsi, mübarizə aparması siyasi etikaya da ziddir”.
Əli Əhmədov partiya sıralarından xaric edilənlərin o qədər də tanınmış şəxslər olmadığını bildirib. O, bu sırada 110 saylı Zaqatala Seçki Dairəsindən namizədliyini fərdi qaydada irəli sürdüyünə görə partiyadan uzaqlaşdırılan Məhəmməd Noyevin adını çəkib.
Ramiz

Oxşar yazılar

İşğal altında olmuş ərazilərdə mina basdırılması ilə bağlı YENİ FAKTLAR
12 iyun 2025 , 21:06
"Naxçıvan" TV-nin sədri işdən çıxarıldı
12 iyun 2025 , 19:38
Ümummilli üsyan: Trampın ad günündə ABŞ və dünyada “Krallara yox” mitinqləri keçiriləcək
12 iyun 2025 , 14:48
Vardanyanın məhkəməsində zərərçəkmişlər ifadə verdilər
10 iyun 2025 , 20:45
Telefonuma mesaj yazıb biri dərmanpulu, biri çörəkpulu istəyir - Aqil Abbas
10 iyun 2025 , 14:33
Azərbaycan ərazisinə keçən iki erməni ölkəsinə qaytarıldı
6 iyun 2025 , 22:27
Pezeşkian İlham Əliyevə zəng etdi
4 iyun 2025 , 22:07