3 deputatımız İtaliyaya gedir
Milli Məclisi mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, vitse-spiker, ATƏT Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradovanın başçılığı ilə parlament nümayəndə heyəti qurumun payız sessiyasının işində iştirak edəcək. Nümayəndə heyətinə Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova və millət vəkili Fazil Mustafa daxildirlər.
Sessiyanın əvvəlki iki günü ATƏT PA-nın Aralıq dənizi forumunun keçirilməsinə həsr olunur. Burada Aralıq dənizi hövzəsində iqtisadi və infrastruktur sahələrində əlaqələr, mədəniyyət və ətraf mühit üzrə əməkdaşlıq məsələləri barədə fikir mübadiləsi aparılacaq. Oktyabrın 9-da isə sessiya çərçivəsində “Transmilli mütəşəkkil cinayətkarlığa və korrupsiyaya qarşı mübarizə” mövzusunda konfrans keçiriləcək. Konfransda korrupsiya və insan alveri ilə mübarizə məsələləri müzakirə ediləcək.
Sessiyanın yekununda daimi komitənin iclası keçiriləcək. İclasda ATƏT PA-nın qarşıdakı dövr üçün fəaliyyət proqramına baxılacaq. Azərbaycan nümayəndə heyətinin üzvləri mövzularla bağlı fikirlərini açıqlayacaqlar.
Elxan SALAHOV

Oxşar yazılar

Ərdoğan Rusiya və Azərbaycan arasındakı gərginlikdən DANIŞDI
5 iyul 2025 , 14:35
İrəvan qazılığını bərpa etdik, o torpaqlara da gedəcəyik - Allahşükür Paşazadə
5 iyul 2025 , 12:23
Ermənistanın Kəlbəcərdə dinc əhalini atəşə tutması ilə bağlı zərərçəkmişlər ifadə verdilər
4 iyul 2025 , 21:23
İlham Əliyev Xankəndidə Türkiyə prezidenti ilə görüşdü
4 iyul 2025 , 18:48
Müsavat Partiyasının Rusiya səfirliyi qarşısında piket keçirməsinə icazə verilmədi
4 iyul 2025 , 18:25
"Ən az maaşı polislər alır" - Aqil Abbas
4 iyul 2025 , 12:29