Türkiyə prezidenti: “Azərbaycanla heç bir problemimiz yoxdur”
24 aprel 2009 14:30 (UTC +04:00)

Türkiyə prezidenti: “Azərbaycanla heç bir problemimiz yoxdur”

Türkiyə prezidenti Abdulla Gül Bolqarıstana səfərə yollanarkən Ankaradakı “Esenboğa” Hava Limanında jurnalistlərin suallarını cavablandırıb.

Lent.az-ın məlumatına görə, Gül Türkiyə ilə Ermənistan arasındakı müzakirələrin “intensiv diplomatik proses” olduğuna diqqəti çəkərək Azərbaycan və Ermənistanla danışıqların davam etdiyini vurğulayıb.

O, Türkiyə ilə Ermənistan arasında keçirilən görüşlər barədə “son vaxtlar bir çox dəfə” Azərbaycan prezidenti İlham Əliyevlə danışdığını deyib: “Hər ikimizin anlayışı budur: “Aparılan danışıqlar hər iki ölkənin xeyrinədir”. Bu baxımdan, iki ölkə arasında hər hansı bir problem yoxdur”.

Gül bölgədə daha geniş iş birliyinə və problemlərin həllinə ümid etdiklərini, bütün məqamların bu çərçivədə olduğunu bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1424

Oxşar yazılar