Dəniz Baykal: “Sərhədləri açsaq, işğalı haqlı saymış olarıq”
21 aprel 2009 10:30 (UTC +04:00)

Dəniz Baykal: “Sərhədləri açsaq, işğalı haqlı saymış olarıq”

“Abdulla Gül dərhal Azərbaycana getməlidir”
“Prezident Abdulla Gül dərhal Bakıya gedərək, Azərbaycan prezidenti İlham Əliyevlə görüşməlidir. Əgər yanlış anlaşılma varsa, bu, aradan qaldırılmalıdır. Türkiyə Somaliyə, Bəhreynə göstərdiyi diqqəti, Azərbaycandan əsirgəyə bilməz. Türkiyə Ermənistanla müzakirələr apara bilər, amma Azərbaycan bu danışıqların bir hissəsi olmalıdır”.

Lent.az-ın məlumatına görə, bunu Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Dəniz Baykal Türkiyə Böyük Millət Məclisindəki qrup toplantısında çıxış edərkən deyib. Partiya sədri CHP-dən olan millət vəkili Şükrü Ələkdağın rəhbərliyi altında nümayəndə heyətinin Azərbaycana göndərildiyini xatırladıb.

“Bütün partiyalar dəvət olunmuşdu. Amma nədənsə, AKP bu səfərə qatılmadı. Azərbaycan Türkiyədən inciyib, AKP qaş düzəldərkən, göz çıxarıb. Türkiyə Ermənistanla danışıqlar aparır, bunun nəticələri Azərbaycana çatdırılırmı? .Azərbaycanla münasibətlər pozulsa, Türkiyə hökumət bunun altından çıxa bilməz”, - deyə Baykal əlavə edib.

CHP sədri Türkiyənin Ermənistanla münasibətlərinin normallaşmasının tərəfdarı olduğunu qeyd edib: “Amma Azərbaycan sıxıntı içindədir, torpaqlarının 20 faizi işğal altındadır. Biz buna görə sərhədləri bağlamışıq, indi açsaq, işğalı haqlı saymış olarıq. Buna haqqımız yoxdur”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 670

Oxşar yazılar