Aksiya keçirmək istəyən azərbaycanlılara qarşı təzyiqlər başlayıb
20 aprel 2009 16:00 (UTC +04:00)

Aksiya keçirmək istəyən azərbaycanlılara qarşı təzyiqlər başlayıb

Aprelin 24-26-da İran-Ermənistan qardaşlığına, xüsusən İrandan Ermənistana çəkiləcək dəmiryolu xəttinin Cənubi Azərbaycan ərazisindən keçməsinə etiraz olaraq aksiya keçirmək istəyən soydaşlarımıza təzyiqlər başlayıb. Bu barədə Lent.az-a Cənubi Azərbaycandakı mənbələrdən məlumat verilib. Belə ki, ETTELAAT və İranın digər xüsusi xidmət orqanlarının əməkdaşları aksiyaya çağırış üçün istifadə edilən vərəqələrin yayılmasına imkan vermir, bu cür vərəqələri yazanlara qarşı təzyiqlər göstərilir.

Xatırladaq ki, etiraz aksiyası keçirmək ideyası Ermənistan prezidenti Serj Sərkisyanın İrana rəsmi səfəri, həmin səfər zamanı ona çox isti münasibət göstərilməsindən sonra ortaya çıxıb. Cənubi Azərbaycanda yaşayan türklər İran-Ermənistan münasibətlərinə qarşıdır. Onlar xüsusən Ermənistana çəkiləcək dəmiryolu xəttinin Cənubi Azərbaycan ərazilərindən keçməsinə qarşıdırlar.

Pərvin ABBASOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 877

Oxşar yazılar